Rusiya ilə AB arasında gərginlik

Ukrayna’dakı güvənlik böhranı və Rusiya ilə yaranan gərgin atmosfer öz qüvvəsində qalıb

123206
Rusiya ilə AB arasında gərginlik

Ukrayna’dakı güvənlik böhranı və Rusiya ilə yaranan gərgin atmosfer öz qüvvəsində qalıb.
Avropa Komissiyası Sədri Jose Manuel Barroso iki gün müddətində Kiev’də olacaq. O, Ukraynalı xadimlərlə görüş keçirəcək. Barroso’nun bu səfəri, Ukrayna-Rusiya və Avropa Birliği heyətlərinin 20 Sentiyabr günü Berlin’də keçirəcəkləri yığıncaq yönündən önəmlidir.
Ukrayna’ya gedən Barroso, Prezident Petro Poroşenko və Başnazir Arseni Yatsenyuk ilə görüş keçirəcək. Görüşlərdə yaranan mövcud gərginlik, Rusiya tərəfdarları ilə elan olunan atəşkəs qərarı, siyasi və iqtisadi problemlər müzakirə ediləcək.
Barroso’ya Avropa Birliği’nin Genişlənmədən və Qonşuluq Əlaqələrindən Məsul Komissarı Stefan Füle də müşayiət edir.
Brüssel, Kiev idarəsinə siyasi dayaqla yanaşı iqtisadi yöndən də dəstək olur.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr