Əşşəbab lideri Qodani həlak edilib

Əşşəbab təşkilatının lideri Əhməd Abdi Qodani həlak edilib

115557
Əşşəbab lideri  Qodani həlak edilib

Əşşəbab təşkilatının lideri Əhməd Abdi Qodani həlak edilib.
Ağ Ev, Somali’də həftə ərzində həyata keçirilən hava hücumlarında Əşşəbab təşkilatının lideri Qodani’nin məhv edildiğini açıqlayıb.
Bazarertəsi günü, ölkənin güneyində Əşşəbab təşkilatının liderləri yığıncaq keçirərkən bir kəndə hücum çəkilib və həlak olanlar arasında Qodani’nin də olabiləcəği bildirilmişdi. Tədqiqatlarını başa çatdıran Pentaqon, Qodani’nin həlak olduğunu təsdiqləyib.
Ağ Ev’dən yayılan açıqlamada deyilib: Qodani’nin həlakıyla Əşşəbab’a ağır bir zərbə endirildi. Qodani’nin həlakından sonra təşkilat daxilində liderlik mübarizəsi başlayacaq.
Somali Dövlət Başqanı Həsən Şeyx Mahmud, ABŞ’ın özlərinə hücum barədə məlumat verdiklərini ifadə edərək təşkilatdan 45 gün ərzində ayrılan partizanlar üçün əfv elan edəcəğini vurğulayıb.
Qodani, Somali’də çox sayda qanlı hücuma rəhbərlik etmiş, Kenya’da bir il qabaq böyük bir alış-veriş mərkəzində həyata keçirilən və 67 nəfərin həlakına səbəb olan terror atkını planlamışdı.


Etiketlәr:

Әlaqәli Xәbәrlәr