SOLOTÜRK -dən tarixi rekord

  Solotürk daha bir rekord qazandı. Bu dəfə yüksək sürətlə deyil, aşağı sürətlə dünyada bir ilk reallaşdırdı. Solotürk pilotları F-16 təyyarəsini saatda 180 kilometr sürətlə gedərkən havada saxlamağı bacardı.

  Solotürk dünyanın F-16 təyyarəsiylə nümayiş etdirilən akrobatik komandalardan biridir. Türkiyənin üzünü ağardan pilotlar yenə böyük müvəffəqiyyətə imza atdılar, amma bu dəfə ən aşağı sürətlərlə.
  13 tonluq F-16 təyyarələrinin eniş sürəti saatda 300 kilometrdir. Nümayişlərdə salamlaşma uçuşlarını saatda 210 kilometrə salaraq edirlər. Solotürk qrupu isə enişin çətin variantını seçərək bu döyüş təyyarəsini 180 kilometr sürətdə havada saxlamağı bacardı. Rekordun sahibləri türkiyəli təyyarəçilər Erhan Günar və Serdar Doğandır.

  Bu müvəffəqiyyət həm Solotürk, həm də F-16 təyyarəsilə uçuşlar reallaşdıran digər ölkələr üçün də rekord olaraq qeydiyyata düşdü.

  Qeyd edək ki, son dəfə İngiltərədə 220 kilometr sürətlə enərək bənzər uçuş nümayiş etdirən Solotürk dünya mediasında böyük səs-küy yaratmışdı. İndi də yeni rekorda imza atdı.     
 


Etiketlәr: Solotürk F-16