Simpoziumda İraq, Suriya, Güney Azərbaycan... qadınları da danışdı

  1910-cu ildən başlanan 8 Mart Beynəlxalq Qadınlar günü Türkiyədə 10 ilə yaxındır qeyd olunur.

  Bu gün münasibətilə Ankarada Avrasiya İnsan Haqqları Forumu tərəfindən təşkil olunan Qadın Haqqları Simpoziumunda dünyanın müxtəlif ölkələrindən – Qazaxıstan, Qırğızıstan, Azərbaycan, Güney Azərbaycan, İran, Tatarıstan, Moldaviya və başqa dövlətlərdən gələn ziyalı qadınlar iştirak edirdi. Onların hər biri öz ölkəsində olan qadınların üzləşdiyi problemləri diqqətinizə çatdırır.