Çiyindən atılan SUNGUR Türkiyə Silahlı Qüvvələrinə təhvil verildi

 

  Çiyindən atılan hava müdafiə sistemi SUNGUR Türkiyə Silahlı Qüvvələrinə təhvil verildi.

  Türkiyə Müdafiə Sənayesi Departamentinin (SSB) prezidenti İsmail Dəmir “tvitter” hesabından yazıb: “SUNGUR hava hücumundan müdafiə sisteminin çiyindən atılan versiyası Türkiyə Silahlı Qüvvələrinə təhvil verildi. Bu raket sistemi eyni seqmentdəki analoqlarından daha uzun mənzilə malikdir”.