15 İyul qələbəsi kliplə canlandırıldı

  Onlar 15 İyul zəfərinin simvol adlarıdır.

  O gecənin görüntüsünü dəyişdirən qəhrəman Ömər Halisdemir.

  Oğlu Abdulla Tayyiblə birlikdə körpüdə şəhid olan Erol Olçok.

  Qiyamçıların üzərinə yürüyən, "Siz heç nə edə bilməyəcəksiniz, zəfər millətin olacaq" deyə hayqıran Safiye Bayat.

  Yüzlərlə şəhid və minlərlə qazi.

  Dövlət başçısı Rəcəb Tayyib Ərdoğan o gecə dastan yazan qəhrəmanları unutmadı.

  Çevrilişə keçid verməyən xalqın zəfəri gözəl bir kliplə canlandırıldı.

  O gecənin ən mühüm anlarının əks olunduğu klipdə Ərdoğanın sözləri də mesaj olaraq səslənir: “Bacara bilməyəcəksiniz! Millətimizi bölə bilməyəcəksiniz” Bayrağımızı endirə bilməyəcəksiniz! Azanlarımızı susdura bilməyəcəksiniz! Bu ölkəni diz çökdürə bilməyəcəksiniz! Bu xalqın boynuna xalta keçirə bilməyəcəksiniz!”

  15 İyul Demokratiya və Milli Birlik Günü tədbirlərindən toplanıb hazırlanan klipdə həm qəhrəmanlıq, həm də hüzn bir-birini əvəz edir.

  Klipdə yer alan "Vaxt gələr" mahnısı Alper Kış tərəfindən yazılıb, səsləndirilib.