İranda Amerika Birləşmiş Ştatlarına böyük reaksiya

  Parlamentdə ABŞ bayrağı və nüvə müqaviləsinin mətnləri yandırıldı.

  İran prezidenti Həsən Ruhani qərarı “haqsız və qeyri-qanuni” adlandırdı: “İran müqaviləyə əməl etdi. Əksini iddia edən Amerika rəhbərliyi dəlillər göstərməlidir. ABŞ-ın geri çəkilməsi qəbul edilən hal deyil. Bu, çoxtərəfli bir müqavilədir. Amma biz müqaviləni digər 5 ölkə ilə davam etdirəcəyik".

  H.Ruhani İran Atom Enerji Qurumuna uranı zənginləşdirmə işinə yenidən başlamaq üçün hazırlıqlı olmaq tapşırığı verdi: “Nüvə proqramımıza yenidən başlama ərəfəsində bir neçə həftə gözləyəcək, digər tərəfdaşlarla danışacağıq".

  Reaksiyalar İranla məhdudlaşmadı.

  Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterres D.Trampın qərarını dərin narahatlıqla qarşıladığını bildirdi.

  NATO bütün tərəfləri hərtərəfli siyasi həllə çağırdı.

  Avropa İttifaqı da qərara reaksiya göstərdi: "D.Trampın siyasətinə qarşı hərəkətə keçəcəyik".

Böyük Britaniya, Almaniya və Fransanın baş nazirləri birgə bəyanat yaydı: "Müqaviləyə bağlı qalacağıq".

  Üç ölkənin xarici işlər naziri İran rəsmilərilə gələn həftə görüşəcəklərini açıqladı.

  Rusya prezidenti Vladimir Putin dərin narahatlıq keçirdiyini bildirdi.

  Beynəlxalq Atom Enerji Qurumu İranın indiyə qədər müqaviləyə əməl etdiyini açıqladı.

  İsrail qərarı məmnunluqla qarşıladı.

  Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn rəhbərlikləri də ABŞ-ın qərarını dəstəklədi.