Almaniya polisi 13 yaşlı uşağın qollarını vəhşicəsinə qandalladı

 

  Almaniyanın Duysburq şəhərində polis məmurları “seçki plakatlarını cırdığı” iddiası ilə yerdə uzadaraq 13 yaşlı türk əsilli oğlanın qollarını qandallayıb.

  Hadisə şahidlərinin etirazına baxmayaraq, polis əməkdaşı dizini sinəsinə qoyan uşağa tərs qandal taxaraq zərərsizləşdirib.