"Bu, Ermənistanın ekoloji terroruna qarşı birliyimizin bilavasitə sübutudur”

 

  Şuşadan xüsusi olaraq TRT “Türkiyənin səsi” radiosu üçün

  Şuşa-Xankəndi yolu üzərindəki ekoloqların mitinqindən iştikarçılardan biri – şair Qabil Ədalət mitinqin 2-ci günündə təqdim etdi: “Burada olmağımızın məqsədi işğalçı Ermənistanın Qarabağda Azərbaycan ekologiyasına qarşı törətdiyi terrora etirazdır. İki gündür davam edən aksiyada QHT, televiziya nümayəndələri və minlərlə insan iştirak edir. Bu, bizim birliyimizin bilavasitə sübutudur”.