Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi- 06/2019

6 aprel 2010-ci ildə yaradılan Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi (YTB) xaricdəki vətəndaşlarımız, qardaş icmalarımız və Türkiyədə təhsil alan beynəlxalq təqaüdlü tələbələrlə bağlı işləri koordinasiya edir.

1140422
Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi- 06/2019

 

Dünya üzrə bir çox ölkə və regionda müxtəlif sosial-mədəni layihələrə imza atan Yunus Əmrə İnstitutu, Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi, Qırmızı Aypara və TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) kimi qurumlardan bəhs etdiyimiz "Türkiyənin Dostluq Körpüləri" proqramımızın ilk dörd bölümündə TİKA (Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi) ilə bağlı məlumatlar vermiş, bu qurumun dünyanın müxtəlif bölgələrindəki fəaliyyətlərindən qısaca bəhs etmişdik. Bu həftədən etibarən isə, yenə dostluq məkanında son dərəcə mühüm layihələrlə imza atan, başqa bir dostluq körpüsü qurumundan - Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqlar İdarəsindən bəhs edəcəyik.

6 aprel 2010-ci ildə yaradılan Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi(YTB) xaricdəki vətəndaşlarımız, qardaş icmalarımız və Türkiyədə təhsil alan beynəlxalq təqaüdlü tələbələrlə bağlı işləri koordinasiya etmək, bu sahələrdə göstərilən xidmətləri və həyata keçirilən fəaliyyətləri inkişaf etdirmək missiyasını öz üzərinə götürüb.

Xaricdə Yaşayan Türklər və Əqrəba Topluluqları İdarəsi(YTB) həyata keçirdiyi fəaliyyətləri ilə istər xaricdə yaşayan vətəndaşlarımızla, istərsə də qardaş icmalarla əlaqələri gücləndirilir, iqtisadi, sosial və mədəni müstəvilərdə daha yaxın münasibətlər yaradır. Türkiyə təqaüdü alan tələbələrimiz isə, dünyanın dörd bir tərəfindəki könüllü elçilərimizdirlər.

 



Әlaqәli Xәbәrlәr