Rize

‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә Türkiyәnin Şәrqi Qara dәniz bölgәsindә yerlәşәn Rize şәhәrini daha yaxından tanıdacağıq.

1205388
Rize

 

Salam hörmәtli oxucularımız. ‘‘Türkiyәdә turizm’’ proqramında bu hәftә sizә Türkiyәnin Şәrqi Qara dәniz bölgәsindә yerlәşәn Rize şәhәrini daha yaxından tanıdacağıq.

Rizә şәhәri bәnzәrsiz gözәlliyә malik  yaylaqları, müxtәlif ağaç vә bitki növlәrinә ev sahibliyi edәn meşәlәri, bulaqları, vadilәri, dağları vә buz bağlamış  göllәri ilә mәşhurdur. Şәhәr yalnız tәbii zәnginliklәri ilә deyil mәdәni vә tarixi zәnginliklәri  ilә dә diqqәt mәrkәzindәdir.

Rize şәhәri Anadolunun şimal-şәrqindәki Kaçkar dağları ilә Qara dәniz arasındakı olduqca yüksәk bölgәdә yerlәşir. Bölgәnin tәbii bitki örtüyü tez-tez yağan yağışlar sәbәbindәn geniş yarpaqlı meşәlәrdәn ibarәtdir. Rize meşә baxımından Türkiyәnin әn zәngin bölgәsidir.

Ayder, Anzer, Ovit, Pokut, Sal, Qito, Elevit vә Çiçekli yaylaqları Rizenin әn mәşhur yaylaqlarıdır. Bu yaylaqların bәzilәri kәnd tәsәrrüfatı baxımından olduqca inkişaf edib. Kaçkar dağlayındakı yaylaqlar o bölgәyә xas  olan evlәri, onlarla bitki vә ağaç  növlәri ilә diqqәt mәrkәzindәdir. Bәzi yaylaqlardakı  hәmin evlәr otel olaraq fәaliyyәt göstәrir.

Rize yaylaqları zәngin flora vә faunası vә  buz bağlamış göllәri ilә türistlәrin diqqәt mәrkәzindәdir.

Ayder yaylağında diğәr yaylaqlardan fәrqli olaraq o bölgәyә xas olan evlәr ilә yanaşı otellәrdә fәaliyyәt göstәrir.

Dәniz sәviyyәsindәn 2100 metr yüksәklikdәki Anzer yaylağında isә mәşhur Anzer balı әldә olunur. Buranın tәbiәtinә isә söz ola bilmәz. Bәzi yaylaqlar da qış turizmi üçün әlverişli imkanlara malikdir.

Kaçkar dağlarının Qara dәnizә baxan yamaclarındakı Fırtına dәrәsi dә tәbii gözәliyi ilә diqqәtlәri cәlb edir. 57 lilometr uzunluğundakı Fırtına dәrәsi ‘‘raftinq’’ idman növu üçün dә әlverişlidir.

Rize şәhәrindә 13 vә 14-cü yüzillәrdә inşa olunan çox sayda qala mövcuddur. Bölgәnin tәhlükәsizliyinin tәmin edilmәsi mәqsәdi ilә inşa edilәn bu qalaların әn mәşhuru Zil qalasıdır.

Bölgәdәki Varoş, Ciha vә Qız qalaları da  Anadoluya gedәn yolun tәhlükәsizliyini tәmin edirdi.

Rize şәhәri yaylaqları, qalaları vә müxtәlif bitki növlәrinә ev sahibliyi edәn meşәlәri ilә mәşhurdur. Şәhәrdәki tarixi körpülәr dә turistlәrin diqqәt mәrkәzindәdir.

Әzid oxucularımız günün birindә yolunuz Rize şәhәrinә düşәrsә  buranın özünәmәxsus mәtbәxinә  qonaq ola bilәrsiniz.

Rizә şәhәri ziyarәtçilәrinin yolunu gözlәyir.


Etiketlәr: #Rize

Әlaqәli Xәbәrlәr