Çatalhöyük

‘‘Türkiyәdә turizm’’ verilişindә bu hәftә sizә bәşәriyyәt tarixinin әn qәdim mәskunlaşma yeri olan Çatalhöyükdәn söhbәt açacağıq.

1177204
Çatalhöyük

 

‘‘Türkiyәdә turizm’’ verilişindә bu hәftә sizә bәşәriyyәt tarixinin әn qәdim mәskunlaşma yeri olan Çatalhöyükdәn söhbәt açacağıq.

Bәşәriyyәt yüz illər boyu mağara vә qayalıqlarda yaşadıqdan sonra  9500 il bundan əvvəl Neolit  dövründә kәndlәri qurmağa başlayıb.

Bu kәndlәrdәn biri olan Çatalhöyük Konyanın  Çumra qәsәbәsinә 11 kilometr mәsafәdә yerlәşir. Bu kәnddә 8 mindәn çox insanın yaşadığı güman edilir.

Antik şәhәr   2012-ci ildә YUNESKO-nun dünya  irs siyahısına daxil edilib.  Hazırda arxeoloji tәdqiqatların davam etdiyi Çatalhöyükdә gәlәcәkdә tapılacaq sәnәdlәr bәşәriyyat tarixinin işiqlandırılmasına töhfә verәcәk.

 

Çatalhöyükün adı antik şәhәrin qәrb vә şәrq istiqamәtlәrindә yerlәşәn iki yüksәklikdәn gәlir. Hәmin yüksәkliklәrdә Neolit dövrünә aid müxtәlif tapıntılara rast gәlmәk mümkündür..

Neolit dövrü eyni zamanda kәnd tәsәrrüfatının vә ilk heyvan növlәrinin әhlilәşdirmәsini dә özü ilә gәtirib.

İlk taxıl növlәri dә bu dövrdә yetişdirilib. Çatalhöyükdə eyni zamanda ilk peşə sahələri olan dərzilik, alət istehsalı kimi ixtisaslar da yaranıb. Çatalhöyükdә torpaqdan qab istehsalı da sürətlə inkişaf edirdi. Hər kəs öz sahəsində sürətlə inkişaf edir, daha mütəşəkkil olurdu. Mәlumata görә, çatalhöyüklülәr bu әrazidә 2000 min il әrzindә yaşayıblar.

 

Burda mövcud olan mәdәni vә bәdii inkişaf insanı heyrәtә gәtirir.

Çatalhöyükdәki evlәrә damda yerlәşәn qapıdan daxil olmaq mümkün idi. Bu kәnddә demәk olar ki, küçәlәr mövcud deyildi. İnsanlar damda mövcud olan nәrdivanlar vasitәsilә bir-birinin evlәrinә gedirdi. Evlәrdәki bәzi otaqlar anbar olaraq istifadә edilirdi. Evlәrin divarlarında mövcud olan naxışlar,  çiçәk vә  heyvan şәkillәri diqqәtlәri cәlb edir.

Çox sayda tarixi abidәyә ev sahibliyi edәn Çatalhöyük  öz ziyarәtçilәrinin yolunu gözlәyir.


Etiketlәr: #Çatalhöyük

Әlaqәli Xәbәrlәr