Türkiyə mətbuarı, 8 mart 2024

“Vatan”, “Yeni Şafak”, “Star”, “Hürriyet” və “Sabah” nələrdən yazır?

2112704
Türkiyə mətbuarı, 8 mart 2024

 

“Vatan”: Fidanın ABŞ-da “separatçı terror təşkilatı” gündəmi ilə gərgin görüşü

  Türkiyənin xarici işlər naziri Hakan Fidan Ağ Evin milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə görüşüb. Qəzzada bir an əvvəl atəşkəs elan edilməli və bölgəyə humanitar yardımların artırılmalı olduğunu deyən H.Fidan ABŞ-ın müttəfiqlik ruhuna uyğun hərəkət etməli və PKK-nın uzantıları ilə əlaqələrini kəsməli olduğunu bildirdi.

“Yeni Şafak”: Ovaköy ilə İnkişaf Yolu terrora maneə olacaq

  İraqın şimalına qarşı əməliyyatlarla PKK-nı məhv etməyi planlaşdıran Türkiyə Ovaköy Sərhəd Qapısını da əhatə edən İnkişaf Yolu Layihəsi ilə bağlı işlərini sürətləndirib. Layihə PKK-nın İraq-Suriya əlaqəsini kəsmək üçün təbii maneə rolunu oynayacaq.

“Star”: Amerika mətbuatından təəccüblü KAAN iddiası

  “American Business İnsider” fevralın 21-də ilk uçuşunu uğurla həyata keçirən Türkiyənin 5-ci nəsil döyüş təyyarəsi KAAN-dan yazaraq qardaş ölkə Azərbaycanın Rusiya istehsalı olan döyüş təyyarələrindənsə KAAN-a üstünlük verəcəyini bildirib.

“Hürriyet”: Bayraktar “Qabarda hədəf 100 min bareldir” dedi

  Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar "Qabarda sutkada 37 min bareli keçdik. 2024-cü ilin aprel ayında 9 yeni quyu açılacaq. Hədəf 2024-cü ilin sonuna qədər gündəlik 100 min bareldir" deyə söyləyib.

“Sabah”: İstanbul Hava Limanında “terapiya itləri” işə başladı

  Türkiyədə ilk dəfə İstanbul Hava Limanında həyata keçirilən “Therapy Dog Project” uçuşdan stress keçirən sərnişinlərə pəncəli dostların dəstəyi ilə dinc və kefli bir səyahət təcrübəsi təqdim edir.



Әlaqәli Xәbәrlәr