Türkiyə mətbuatı, 5 fevral 2024

“Hürriyet”, “Sabah”, “Haber Türk”, “Star” və “Vatan” bu gün nələrdən yazır?

2097465
Türkiyə mətbuatı, 5 fevral 2024

 

“Hürriyet”: Ərdoğan “Şəhərlərimizi ayağa qaldırana qədər dincəlməyəcəyik" dedi

  Türkiyə prezidenti R.T.Ərdoğan Qaziantep Şəhər Xəstəxanası və birləşdirici yolların açılış mərasimində etdiyi çıxışında bunları söyləyib: "Zəlzələ şəhərlərimizi infrastrukturu, üst quruluşu, şəhər mərkəzi və kənd yerləri ilə birlikdə tamamilə dirçəldənə qədər dincəlməyəcəyik".

“Sabah”: Mərkəzi Bankın sədri Fatih Karaxandan ilk açıqlama

  Türkiyə Mərkəzi Bankının sədri vəzifəsinə təyin olunan Fatih Karaxan ilk açıqlamasında deyib: "İnflyasiya hədəfimizə uyğun səviyyələrə düşənə qədər lazımi pul sıxlığını qorumağa qərarlıyıq".

“Haber Türk”: Yanvarda 45 rayonun ixracatı artdı

  Türkiyə Ticarət Nazirliyi 2024-cü ilin yanvar ayında 45 rayonun ixracatını artırdığını bildirib. İstanbul 4 milyard 330 milyon dollarlıq ixracatla birincidir.

“Star”: Qızıl və minerallarla zəngin ölkədən Türkiyəyə tərəfdaşlıq təklifi

  Qızıl və minerallarla zəngin Tacikistanın Türkiyə səfiri Əşrəfcon Qulov diqqətəlayiq tərəfdaşlıq təklifi ilə çıxış edərək deyib: "Tacikistan dost ölkə Türkiyə ilə xüsusilə qızıl, alüminium, digər metalların çıxarılması və pambıq emalı sahələrində ortaq müəssisələr qurmağı düşünür".

“Vatan”: Geri dönüşü təxirə salınan Alper Gezeravcıdan mesaj

  Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə dönüşü bir daha təxirə salındıqdan sonra sosial media hesabında paylaşım edərək bildirib: "Bu bənzərsiz səyahətdə qazandığım təcrübələrlə elm və texnologiya sahəsində atılan addımlara dəyər qatmaq üçün ölkəmə qayıtmağı səbirsizliklə gözləyirəm".



Әlaqәli Xәbәrlәr