Türkiyə mətbuatı, 15 dekabr 2023

“Vatan”, “Sabah”, “Hürriyet”, “Star” və “Haber Türk” nələrdən yazır?

2076829
Türkiyə mətbuatı, 15 dekabr 2023

 

 “Vatan”: Prezident Ərdoğan Co Baydenlə danışdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də ABŞ prezidenti Co Baydenlə telefonda danışıb. Söhbət zamanı Ərdoğan Qəzzada baş verən humanitar faciənin dərhal dayandırılmasının vacibliyini, ABŞ-ın İsrailə qeyd-şərtsiz dəstəyini geri çəkməsinin atəşkəsi tez bir zamanda təmin edə biləcəyini, həm dünya, həm də ABŞ ictimaiyyətinin bu tələbi daha çox dilə gətirdiyini bildirib. Türkiyə prezidenti onu da söyləyib ki, bölgədə ən qısa zamanda daimi atəşkəsin təmin edilməsinin ABŞ-ın tarixi məsuliyyətidir.

“Sabah”: Nazir Fidandan Azərbaycanda mühüm açıqlamalar

  Türkiyənin xarici işlər naziri Hakan Fidan 14 dekabrda Azərbaycanda verdiyi açıqlamada Qəzzada atəşkəs yolunda yalnız ABŞ-ın olduğuna diqqət çəkərək deyib: "İsraili dəstəkləyənlərin bu vəziyyəti yaxşı anlaması lazımdır. ABŞ BMT-nin qərarlarına bundan artıq mane olmamalıdır.

“Hürriyet”: Putin “Ərdoğan aparıcı rol oynadı” dedi

  Rusiya prezidenti Vladimir Putin dekabrın 14-də keçirdiyi mətbuat konfransında İsrail-Həmas müharibəsinə toxunub və prezident Rəcəb Tayyib Ərdoğanın Qəzza səylərində aparıcı rol oynadığına diqqət çəkib.

“Star”: ABŞ-ın PKK ilə təlimlər keçirməsinə Türkiyənin reaksiyası

  Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-ın Suriyadakı terror təşkilatlarına dəstəyi ilə bağlı bildirib: "ABŞ-dan gözləntimiz bu terror təşkilatına hər cür yardım və dəstəyi dayandırması və terrorla mübarizəmizə səmimi dəstək verməsidir".

“Haber Türk”: İlk türkiyəli kosmonavtın yola düşmə tarixi açıqlandı

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır Beynəlxalq Kosmik Stansiyada xidmət edəcək ilk Türkiyə kosmonavtı Alper Gezeravcının 9 yanvar 2024-cü ildə kosmosa uçacağını söyləyib.



Әlaqәli Xәbәrlәr