Türkiye mətbuatı:17 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2065359
Türkiye mətbuatı:17 noyabr 2023

''Sabah'': Nazir Hakan Fidan İsrailin Qəzza zolağına təşkil etdiyi hücumlara reaksiya verdi
Xarici işlər naziri Hakan Fidan açıqlamasında İsrailin Qəzzaya hücumlarına növbəti dəfə sərt reaksiya verib. Hakan Fidan deyib: ''Qəzzada qeyri-qanuni mühasirə və qeyri-insani hücumların hələ də davam etməsi utancvericidir”. 

''Haber Türk'': Ömər Çelik İsrail rəsmilərinin prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarını tənqid edib

Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İsrail rəsmilərinin prezident Rəcəb Tayyib Ərdoğanla bağlı açıqlamalarını tənqid edib. Ömər Çelik bu barədə rəsmi internet səhifəsində paylaşım edib.
Ədalət və İnkişaf Partiyasının sözçüsü paylaşımında bildirib ki, İsrail rəhbərliyinin minlərlə mülki qadın və uşağı qətlə yetirməsi, məscidləri, kilsələri, xəstəxanaları bombalaması bəşər tarixində qara səhifə olaraq qalacaq.
Ömər Çelik deyib:"Əli qanlı İsrail administrasiyasının baş naziri Binyamin Netanyahu və İsrailin xarici işlər naziri Eli Koen prezidentimiz Rəcəb Tayyib Ərdoğanı hədəf alaraq törətdikləri cinayətlərin üstünü örtməyə cəhd edirlər. Prezidentimiz insan ləyaqətini uca tutan və bəşəri dəyərləri qətiyyətlə müdafiə edən siyasət yürüdür. Netanyahu və onun kimiləri qətliam siyasətinin davamçılarıdır”.

''Hürriyet'': Yaşar Gülər: ''Bu il 1868 terrorçu zərərsizləşdirilib''
Türkiyenin milli müdafiə naziri Yaşar Gülər ​​bu il sərhəddən kənarda həyata keçirilən əməliyyatlarda 1868 terrorçunun zərərsizləşdirildiyini bildirib.
Bu barədə Yaşar Gülər TBMM-də etdiyi çıxışında bildirib.
Yaşar Gülər deyib: “2015-ci ilin 24 iyul tarixindən etibarən ölkədə, İraq və Suriyanın şimalında 39 min 211, bu ilin əvvəlindən etibarən  isə 1868 terrorçu zərərsizləşdirilib”.

''Vatan'':Əbdülkadir Uraloğlu: ''Azərbaycanla çox yaxından işləyirik''
Nəqliyyat və infrastruktur naziri Əbdülkadir Uraloğlu Zəngəzur dəhlizi ilə əlaqədar Azərbaycanla çox sıx əməkdaşlıq etdiklərini bildirib.
Əbdülkadir Uraloğlu Türk Dövlətləri Təşkilatının nəqliyyat nazirlərinin Zəngilan şəhərində keçirilmiş 7-ci iclasında çıxış edib.
Uralıqlu deyib:“Türkiye ilə Azərbaycan arasında birbaşa dəmir yolu və avtomobil nəqliyyatını təmin edəcək bu dəhlizin bütün türk dünyasını birləşdirəcək mühüm addım olduğuna inanıram. Bu xəttin ən qısa zamanda tamamlanması üçün Azərbaycanla çox yaxından işləyirik''.

''Star'': THY ABŞ-ın bir şəhərinə də birbaşa uçuşlara başladı

Türk Hava Yolları (THY) İstanbul Hava Limanından Detroit Metropolitan Ueyn County Hava Limanına birbaşa uçuşlara başladı.

 



Әlaqәli Xәbәrlәr