Türkiye mətbuatı, 1 noyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2058670
Türkiye mətbuatı, 1 noyabr 2023

"Yenişafak": "İsrail insanlığa qarşı cinayət törədir"

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra verdiyi açıqlamada "Oktyabrın 7-dən bəri qəzzalı qardaşlarımız vəhşiliyə məruz qalır. ABŞ və Avropanın qeyd-şərtsiz dəstəyini alan İsrail insanlığa qarşı cinayət törədir. Qəzzalı qardaşlarımıza hədiyyəmiz olan (Türkiye-Fələstin) dostluq xəstəxanası İsrail qüvvələrinin hədəfində oldu. İsrail vəhşiliyinin son qurbanı oldu" deyib.

"Hürriyet": Ərdoğan: “Hepatit A” peyvəndi artıq Türkiyedə istehsal olunacaq"

Prezident Ərdoğan paytaxt Ankarada KeyVac Peyvəndi Fabrikinin açılışında etdiyi çıxışında "Daha çox xaricdən gətirilən “Hepatit A" peyvəndi artıq Türkiyedə istehsal olunacaq. Türkiye ən yüksək standartlarda “Hepatit A” peyvəndi istehsal edən 4-cü ölkə olacaq. Xaricdən asılılığımız azalacaq" deyib.

"Sabah": 28 vilayətdə "Qəhrəmanlar əməliyyatı"

Daxili İşlər Nazirliyinin koordinasiyasında Jandarma Baş Komandanlığının seçilmiş bölmələri “Qəhrəmanlar əməliyyatı” çərçivəsində 28 vilayətdə terror təşkilatı PKK-nın qış aylarında istifadə üçün hazırladığı mağara və bunkerləri dağıdıb. Daxili işlər naziri Əli Yerlikaya "Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək" deyib.

"Star": Türkiye zirehli maşını dost ölkədə istehsal olunacaq

Türkiye müdafiə sənayesinin məhsulu olan "Ejder Yalçın 4X4" taktiki təkərli avtomobil Macarıstanda 'Gidran' adı ilə istehsal ediləcək.

"Habertürk": Xarici turistlər Ayasofyaya ödənişlə girəcək

Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy YUNESKO-nun tövsiyəsi ilə ziyarətçilərin idarə olunması planının 15 yanvar 2024-cü il tarixindən etibarən həyata keçiriləcəyini və bu tarixdən etibarən xarici turistlərin Ayasofyaya daxil olması üçün ödənişin olacağını deyib.



Әlaqәli Xәbәrlәr