Türkiye mətbuatı: 25 oktyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2055404
Türkiye mətbuatı: 25 oktyabr 2023

''Vatan'': Rəcəb Tayyib Ərdoğan BMT-nin yaranmasının 78-ci ildönümü münasibətilə bəyanat yaydı
Prezident Rəcəb Tayyib Ərdoğan 24 oktyabr BMT Günü və BMT-nin yaranmasının 78-ci ildönümü münasibəti ilə yaydığı bəyanatda  bu ifadələrə yer verib: “Təəssüf ki, beynəlxalq ictimaiyyət İsrail rəhbərliyinin hücumları ilə əlaqədar imtihanı yaxşı verə bilmir''.

''Hürriyet'': Rəcəb Tayyib Ərdoğan: ''Qərbin səssizliyi Qəzzada böhranı daha da artırır''
Prezident Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə İsrail-Fələstin münaqişəsinin gedişatı və bölgədəki humanitar böhranı müzakirə edib.Prezident Ərdoğan görüşdə Fələstin torpaqlarına qarşı vəhşiliyin getdikcə dərinləşdiyinə, hər keçən dəqiqə mülki ölümlərin artdığına diqqət çəkərək, Qərbin sükutunun Qəzza zolağında görünməmiş humanitar böhrana səbəb olduğunu vurğulayıb.

''Yenişafak'': "Bütün hədəflər müvəffəqiyyətlə məhv edildi''
Türkiye Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü ilə əlaqədar Türkiye və Azərbaycan silahlı qüvvələrinin Azərbaycanda keçirdiyi  “Mustafa Kamal Atatürk 2023” birgə taktiki təlimin "Yüksək səviyyəli müşahidəçi günü” çərçivəsində bütün hədəflər uğurla məhv edildi.

''Sabah'': "Bolat: ''İxracımızın 45 faizini zəngin ölkələrə həyata keçiririk''
Ticarət naziri Ömər Bolat deyib: "200-dən çox ölkəyə 11.500 məhsul satırıq. Son 20 ildə ixracımız 7 dəfə artıb. Bu mənada ixracımızın 45 faizi inkişaf etmiş, zəngin ölkələrə həyata keçiririk''.

''Star'': Türkiyənin mədəni irsi "qırmızı siyahı" ilə qorunacaq

Tarixi və mədəni əhəmiyyətə malik əsərlərin qorunması və qaçaqmalçılığın qarşısının alınması ilə bağlı olan Qırmızı Siyahısının Türkiyeyə uyğunlaşdırılması ilə əlaqədar Antalyada müqavilə imzalanıb.



Әlaqәli Xәbәrlәr