Türkiyə mətbuatı, 19 oktyabr 2023

“Sabah”, “Star”, “Yeni Şafak”, “Haber Türk” və “Hürriyet” nələrdən yazır?

2052987
Türkiyə mətbuatı, 19 oktyabr 2023

 

“Sabah”: Ərdoğandan İsrailin soyqırım siyasətinə sərt reaksiya

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İsrailin Əhli xəstəxanasına iyrənc hücumu ilə Qəzzadakı qətliamı başqa bir ölçüyə daşıdığını bildirib və Türkiyə olaraq əvvəlcə humanitar atəşkəs, sonra isə daimi sabitlik yaratmaq üçün çalışmalarımızı davam etdirəcəyik” deyib.

“Star”: Türkiyə Fələstin üçün milli matəm elan etdi

  Türkiyə prezidenti R.T.Ərdoğan Fələstində əksəriyyəti uşaq və günahsız mülki vətəndaş olan minlərlə şəhidə hörmət tələbi olaraq Türkiyədə 3 günlük milli matəm elan edildiyini bildirib. Milli matəm elan edildikdən sonra bütün Türkiyədə bayraqlar yarıya endirilib.

“Yeni Şafak”: Nazir Fidan “Müsəlman ölkələri hərəkətə keçməlidir” dedi

  Türkiyənin xarici işlər naziri Hakan Fidan İslam Əməkdaşlıq Təşkilatının (İƏT) toplantısında Fələstin probleminin ədalətli və qalıcı həlli üçün müsəlman ölkələrinin yeni yollar və konkret addımlar atmasına ehtiyac olduğunu bildirib.

“Haber Türk”: Ömər Çelik: “Müasir tarixin ən böyük qırğını”

  Türkiyə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sözçüsü Ömər Çelik İsrailin Qəzzada xəstəxanaya hücumu ilə bağlı deyib: "Bu, bəşər tarixinin ən böyük qırğınlarından biridir. Bu, müasir tarixdə ən böyük və planlaşdırılmış qətliamdır”.

“Hürriyet”: Əminə Ərdoğandan dünyaya Qəzza çağırışı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan İsrailin Qəzzaya hücumlarında həyatını itirən mülki vətəndaşlarla bağlı deyib: “Bu zülmü seyr edən bəşəriyyətə səslənirəm: Qəzzada çərpələnglər uçmalıdır, bomba yox! Uşaqların səsləri yüksəlməlidir, ağrılı qışqırıqları deyil! Səma buludlarla örtülməlidir, tüstü ilə deyil!"



Әlaqәli Xәbәrlәr