Türkiye mәtbuatı: 15 sentyabr 2023

Türkiye mәtbuatında dәrc edilәn bәzi xәbәrlәrin xülasәsi.

2037687
Türkiye mәtbuatı: 15 sentyabr 2023

Türkiye mәtbuatında dәrc edilәn bәzi xәbәrlәrin xülasәsi.

‘‘Hürriyet’’: Rəcəb Tayyib Ərdoğan: ''Qeyri-qanuni miqrasiya ilə bağlı problemləri həll edəcəyik”

Prezident Rəcəb Tayyib Ərdoğan deyib:'Sərhədlərimizin təhlükəsizliyini təmin edərək qeyri-qanuni miqrasiya ilə bağlı problemləri həll edəcəyik”. 
Prezident İqamətgahında çıxış edən Rəcəb Tayyib Ərdoğan deyib:
“Biz humanitar səbəblərlə ölkəmizə qəbul etdiyimiz qaçqınların könüllü və təhlükəsiz şəkildə evlərinə qayıtması üçün ciddi səylər göstəririk. Qətərin maliyyə dəstəyi ilə başlatdığımız mənzil layihələrimiz tamamlandıqca, hazırda 600 min olan geri qayıdanların sayının daha da artacağına inanıram''.

‘‘Haber Türk’’: Hakan Fidan və Oliver Varheyli arasında telefon danışığı olub

Türkiyenin xarici işlər naziri Hakan Fidan və Avropanın qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varhelyi  arasında telefon danışığı olub.
Nazirlikdən verilən məlumata görə, tərəflər Türkiye-Avropa İttifaqı münasibətlərini müzakirə ediblər.

‘‘Vatan’’: Әli Yerlikaya: ‘‘Sonuncu terrorçu da zәrәrsizlәşdirilәnәdәk mübarizәmiz davam edәcәk’’

Türkiyenin daxili işlәr naziri Әli Yerlikaya dünәn verdiyi bәyanatda ‘‘Sonuncu terrorçu da zәrәrsizlәşdirilәnәdәk mübarizәmiz davam edәcәk. Şәhidlәrimizin qanını yerdә qoymayacağıq’’ifadәlәarini işәdib.

''Star'': Türkiyedən 160 PUA aldilar

Tayvanın önəmli aviasiya və texnologiya şirkətlərindən biri olan “GEOSAT Aerospace Technology” Türkiyenin “Fly BVLOS Technology” şirkətinin mühəndisləri tərəfindən istehsal edilən 160 ədəd “Jackal”  PUA-sı alıb.

‘‘Sabah’’: Türkiye 2022-2023-cü illərdə Almaniyaya 85 tondan çox fındıq ixrac edib

Türkiyenin 2022-2023-cü illərdə ən çox fındıq ixrac etdiyi ölkə Almaniyadır.
Qara Dəniz Fındıq və Məhsulları İxracatçıları Birliyinin məlumata görə, Türkiye 2022-ci ilin 1 sentyabr tarixindən 2023-cü ilin 31 avqust tarixinədək 120-dən çox ölkəyə fındıq ixrac edib.
Sözügedən dövrdə xaricə 298 min 557 ton fındıq ixrac edilib. Həyata keçirilən ixrac əməliyyatından 1 milyard 795 milyon 189 min 783 dollara gəlir əldə edilib. Məlumatda vurğulanıb ki, ən çox ixrac Almaniya, İtaliya və Fransaya həyata keçirilib. Sözügedən dövrdə Almaniyaya ixrac edilən 85 min 447 ton fındıqdan 496 milyon 653 min 928, İtaliyaya ixrac edilən 54 min 690 ton fındıqdan 330 milyon 704 min 289 ,Fransaya satılan 21 min 132 ton fındıqdan isə 128 milyon 943 min 250 dollar gəlir əldə edilib.



Әlaqәli Xәbәrlәr