Türkiyə mətbuatı, 14 sentyabr 2023

“Hürriyet”, “Sabah”, “Vatan”, “Yeni Şafak” və “Star” nələrdən yazır?

2037124
Türkiyə mətbuatı, 14 sentyabr 2023

 

“Hürriyet”: İsveçin NATO üzvlüyü ilə bağlı nazir Fidandan açıqlama

  Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkədə səfərdə olan britaniyalı həmkarı Ceyms Kleverli ilə birgə mətbuat konfransı keçirib. İsveçin NATO-ya üzvlüyü ilə bağlı danışan nazir Fidan "Türkiyə imzaladığı müqavilələrə sadiqdir. Tərəflərdən gözlənilən öhdəliklər bəllidir. Bu məsələ çərçivəsində proses irəliləyir" deyib.

“Sabah”: Nazir Yerlikaya 258 terrorçu zərərsizləşdirildiyini söylədi

  Türkiyənin daxili İşlər Naziri Əli Yerlikaya 13 sentyabr açıqlamasında 90 gün ərzində terror təşkilatlarına qarşı 43 min 90 əməliyyat keçirildiyini, 258 terrorçunun zərərsizləşdirildiyini bildirib.

“Vatan”: Nazir Kacır açıqladı ki, Türkiyəyə sərmayə qoyan hər kəs qazanacaq

  Cənubi Koreyada keçirilən 24-cü Dünya İnformasiya Forumunda xarici investorlara müraciət edən Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır deyib: "Türkiyəyə sərmayə qoyan hər kəs qazandı və qazanmağa davam edəcək. Buna əmin ola bilərsiniz. Sizə lazım olan dəstəyi təmin etmək üçün durmadan çalışırıq. Gəlin, birlikdə çalışaq və qazanaq".

“Yeni Şafak”: Yunanıstan onu ölümə buraxdı, Türkiyə xilas etdi

  Türkiyənin Muğla rayonunun Bodrum qəsəbəsində yunanlar tərəfindən yenidən Türkiyə ərazi sularına sıxışdırılan 28 qeyri-qanuni mühacir və mühərriki nasazlıq səbəbindən sürüklənən rezin qayıqda olan 16 qeyri-qanuni immiqrant Sahil Təhlükəsizlik Komandanlığı qrupları tərəfindən xilas edilib.

“Star”: Dənizlidə 9 milyon il əvvələ aid fosillər tapılıb

  Türkiyənin Dənizli rayonunun Tavas qəsəbəsində aparılan araşdırmada 9 milyon il əvvələ aid olduğu təxmin edilən heyvan qalıqları tapılıb.



Әlaqәli Xәbәrlәr