Türkiye mətbuatı:11 sentyabr 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2035479
Türkiye mətbuatı:11 sentyabr 2023

''Haber Türk'': Türkiye Prezidenti G20 sammiti başa çatdıqdan sonra açıqlamalar verib

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan  G20 liderlərinin sammiti başa çatdıqdan sonra açıqlamalar verib. Rusiya-Ukrayna müharibəsinin sona çatmasının vacibliyini vurğulayan Rəcəb Tayyib Ərdoğan deyib: “Rusiya taxıl məsələsində kənarda qala bilməz”. Sammit çərçivəsində ABŞ prezidenti Baydenlə  görüş keçirdiyini bildirən Ərdoğan deyib: "F-16 məsələsini müzakirə etdik, İsveçi irəli sürdülər, bu məsələ ilə bağlı qərarı Türkiyə Böyük Millət Məclisi verəcək".

''Sabah'': Rəcəb Tayyib Ərdoğan  G20 liderlərinin sammiti çərçivəsində ikitərəfli görüşlər keçirib
Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan  G20 liderlərinin sammiti çərçivəsində ikitərəfli görüşlər keçirib. Məlumata görə, Rəcəb Tayyib Ərdoğan bu çərçivədə Yaponiya, Birləşmiş Ərəb Əmirlikləri, Braziliya, Cənubi Koreya və Almaniya liderləri, həmçinin  Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Misir prezidenti Əbdülfəttah əs-Sisi və Avropa Şurasının Prezidenti Şarl Mişel ilə də görüşüb.

''Hürriyet'':Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev arasında telefon danışığı olub

Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev arasında telefon danışığı olub. Liderlər söhbət zamanı regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar, Azərbaycan-Ermənistan münasibətlərini və Azərbaycanın Qarabağ bölgəsində baş verən son hadisələri müzakirə ediblər.

''Star'': Türkiyedən Serbiyaya mesaj

Türkiyenin Serbiyadakı səfiri Hami Aksoy Türkiye-Serbiya münasibətlərini qiymətləndirib. Hami Aksoy deyib: 'Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın keçən il Serbiyaya  səfəri zamanı imzalanan ən mühüm müqavilə şəxsiyyət vəsiqəsi ilə səyahət imkanı verən müqavilə idi. Bu müqavilə bizim ölkədə qüvvəyə minib, indi Serbiyada da qüvvəyə minməsini gözləyirik”.

''Yeni Şafak'': Türkiyenin ilk qadın hücum helikopteri pilotu Diyarbəkir üzərində uçdu

Türkiyenin ilk qadın hücum helikopteri pilotu Özge Karabulut dünən Diyarbəkir səmasında ATAK helikopteri ilə texniki uçuş həyata keçirib. Uçuşdan sonra Şəhər Polis İdarəsinin rəisi Fatih Kaya Özge Karabulutu  təbrik edib.



Әlaqәli Xәbәrlәr