Türkiye mətbuatı, 10 avqust 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2022578
Türkiye mətbuatı, 10 avqust 2023

"Yenişafak": Milli Təhlükəsizlik Şurasının iclasında Afrika vurğusu

Milli Təhlükəsizlik Şurasının iclasından sonra yayılan yazılı bəyanatda Afrikada baş verən hadisələrin izləndiyi və qitənin problemlərinə ən uyğun həll yollarının ancaq qitə sahibləri tərəfindən tapıla biləcəyi bildirilib.

"Star": Qorxu və çaxnaşma: "Türklərin gerisində qalacaqlar"

Türkiyenin müdafiə sənayesindəki gücü ilə bağlı təəccüblü açıqlamaları ilə gündəmə gələn yunan diktor Yannis Teodoratos qorxu və panika içində Avropa üçün gələn təhlükəni ekranlara gətirib. Türkiyenin müdafiə sahəsindəki uğurlu irəliləyişinə diqqət çəkən yunan diktor "Paris tarazlığa nəzarət edə bilməsə, Avropa silah sənayesi 2025-ci ilin sonuna qədər türklərdən geri qalacaq" deyib.

"Sabah": "Abdülhamit Han" gəmisinə yeni missiya

Donanmaya qoşulduqdan düz bir il sonra "Abdülhamit Han" qazma gəmisi Aralıq dənizindəki yeni missiyasına yola salındı. Enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar “Abdülhamit Han” qazma gəmisinin yeni missiyasına başladığını açıqlayıb.

"Habertürk": OECD-dən Avrasiya Tunelinə "Ətraf mühit mükafatı"

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının (OECD) Avrasiya Tunelini "ətraf mühit" mükafatı ilə təltif etməsi ilə əlaqədar olaraq, "Bu mükafat layihəmizin ətraf mühit şüurunu və möhkəm infrastrukturu təmsil etdiyini göstərir” ifadəsini işlədib.

"Hürriyet": Açıq suda üzgüçü Aysu Türkoğlu tarix yazdı

Bodrumlu 22 yaşlı açıq suda üzgüçü Aysu Türkoğlu La-Manş boğazından sonra Şimal kanalını keçərək tarixə düşüb. Türkoğlu Şimal Kanalını keçən ilk türk qadın və gənc türk idmançısı olub.



Әlaqәli Xәbәrlәr