Türkiyə mətbuatı, 19 iyul 2023

“Sabah”, “Haber Türk”, “Star”, “Yeni Şafak” və “Hürriyet” nələrdən yazır?

2013175
Türkiyə mətbuatı, 19 iyul 2023

 

“Sabah”: 50 illik yubileylə bağlı Türkiyə və Qətərdən birgə bəyanat

  Prezident Rəcəb Tayyib Ərdoğanın rəsmi səfərə getdiyi Qətərdə Türkiyə ilə Qətər arasında diplomatik əlaqələrin qurulmasının 50-ci ildönümü münasibətilə birgə bəyanat imzalanıb. Türkiyə ilə Qətər arasında güclü əlaqəyə diqqət çəkən bəyanatda həmrəylik və qardaşlıq vurğulanıb, əməkdaşlığın səviyyəsinin yüksəldilməsinə yönəlmiş 100-ə yaxın sənəd imzalanıb.

“Haber Türk”: “Ölkəmiz və türk mühəndisləri üçün qürurverici bir an oldu”

  Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kacır Səudiyyə Ərəbistanı vəliəhdi Məhəmməd ibn Salmana yerli avtomobil “Togg” hədiyyə edilməsi ilə bağlı sosial media hesabında açıqlama verib: “Prezidentimizin təqdiri ilə hədiyyə edilən “Togg” Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman tərəfindən şəxsən istifadə edildi. Vəliəhdin səfəri zamanı ifadə etdiyi təqdir ölkəmiz və türk mühəndisləri üçün qürur mənbəyi oldu”.

“Star”: “Bayraktar AKINCI” Səudiyyə Ərəbistanı səmasında uçacaq

  “Baykar” ilə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyi arasında “Bayraktar AKINCI TİHA” (hücum RUA-sı) ixracı ilə bağlı əməkdaşlıq müqaviləsi imzalanıb. “Bayraktar AKINCI TİHA”lar Səudiyyə Ərəbistanı Krallığı Hava və Dəniz Donanmasında xidmət edəcək”.

“Yeni Şafak”: Səudiyyə Ərəbistanına rekord ixracat

  Türkiyənin Səudiyyə Ərəbistanına ixracı 2023-cü ilin ilk yarısında xalça sənayesinin başda olmaqla 1 milyard dolları keçib.

“Hürriyət”: Türkiyə ilə İngiltərə arasında sərbəst ticarət danışıqları başlayır

  Türkiyə Ticarət Nazirliyi Böyük Britaniya ilə ticarət tərəfdaşlıqlarını yenidən nəzərdən keçirdib və hərtərəfli Azad Ticarət Sazişi üçün danışıqlara başlayıb.



Әlaqәli Xәbәrlәr