Türkiye mətbuatı, 17 iyul 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

2012137
Türkiye mətbuatı, 17 iyul 2023

"Star": Türkiyenin uğuruna diqqət çəkdilər

Egeydəki donanmanın mövcudluğuna diqqət çəkən Yunanıstanda dərc olunan qəzetlərdən biri Türkiyenin müdafiə sənayesi inkişaf etdikcə özlərini inkişaf etdirmək məcburiyyətində qaldıqlarını vurğulayaraq, 'Türkiye pilotsuz hücum gəmilərinin kütləvi istehsalı səbəbiylə şərtləri yenidən yaradır' deyib.

"Sabah": Kosova “Bayraktar TB2" əldə etdiyini açıqladı

Kosovanın Baş naziri Albin Kurti Türkiyedən alınan "Bayraktar TB2" SİHA-ların ölkəyə gəldiyini açıqlayıb. Kurti sosial media hesabında etdiyi paylaşımda "Bayraktar TB2" SİHA-nın fotosunu "Kosovo indi daha da təhlükəsizdir" yazıb. 

"Habertürk": Kruiz turizmində rekord

Nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu “2023-cü ilin yanvar-iyun 6 aylıq dövründə limanlarımıza müraciət edən kruiz gəmilərinin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 32,5 faiz artaraq 420 oldu. Sərnişin sayı isə keçən ilin eyni dövrü ilə müqayisədə 88,8 faiz artımla 482 min 925 təşkil etdi.

"Yenişafak": Rusiyaya ixrac davam edir

Türkiye Rusiyaya ən çox məhsul ixrac edən ölkələr siyahısında ikinci yerə yüksəlib. ABŞ və Avropanın sanksiyalar tətbiq etdiyi Rusiyadakı bazar boşluğunu fürsətə çevirən Türkiye cari ilin ilk altı ayında Rusiyaya ixracını 88,6 faiz artıraraq 2 milyard 574 milyon dollardan 4 milyard 854 milyon dollara yüksəltdi.

"Hürriyet": Riyaziyyat və Biologiya Olimpiadasında 10 medal

Yaponiyada keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında Türkiyedən şagirdlər 1 qızıl və 5 gümüş, Birləşmiş Ərəb Əmirliklərində keçirilən Beynəlxalq Biologiya Olimpiadasında isə 3 gümüş və 1 bürünc medal qazanıb.



Әlaqәli Xәbәrlәr