Türkiyə mətbuatı, 24 may 2023

“Yeni Şafak”, “Sabah”, “Hürriyet”, “Haber Türk” və “Vatan” nələrdən yazır?

1989948
Türkiyə mətbuatı, 24 may 2023

 

“Yeni Şafak”: Nazir Akar “Suriyanın şimalında 19 terrorçu zərərsizləşdirilib” dedi

  Türkiyənin milli müdafiə naziri Hulusi Akar 22 may gecəsi Suriyanın şimalında 19 terrorçunun zərərsizləşdirildiyini açıqlayıb: "Mübarizəmiz artan templə davam edir. Terrorun mənbəyində qurudulması strategiyasını həyata keçiririk".

“Sabah”: Türkiyə müdafiə sənayesi məhsulları Malayziyada nümayiş etdirilir

  Türkiyə müdafiə sənayesi şirkətləri yeni əməkdaşlıq və ixrac imkanları üçün Malayziyada keçirilən “Langkawi” Beynəlxalq Dəniz və Aviasiya Sərgisinə (LIMA 2023) qatılıb. Türkiyə sərgidə 18 müdafiə sənayesi şirkəti ilə iştirak edir.

“Hürriyet”: 10 ayda Amasraya kruiz gəmisi ilə 17 305 rusiyalı turist gəlib

  Mayın 22-də daha 614 rusiyalı turist Bartının Amasra limanına yanaşan "Astoria Grande" kruiz gəmisi ilə gəlib. Beləliklə, 10 aylıq müddətdə Amasraya kruizlə gələn rus turistlərin sayı 17 min 305-ə çatıb.

“Haber Türk”: “Tayfun”un sınaq atışı problemsiz tamamlandı

  Türkiyənin indiyə qədərki ən uzun mənzilli raketi olan “Tayfun”un yeni sınaq buraxılışı Rizedə həyata keçirilib. Uçuşlar problemsiz başa çatıb.

“Vatan”: Türkiyənin çay ixracı 11,3 milyon dolları keçib

  Türkiyədən çay ixracatı 2023-cü ilin yanvar-aprel ayları dövründə 39 faiz artaraq 11 milyon 365 min 591 dollara çatıb. Ən çox ixrac edilən 3 ölkə Belçika, Amerika Birləşmiş Ştatları və Böyük Britaniya olub.

 



Әlaqәli Xәbәrlәr