Türkiyə mətbuatı, 16 may 2023

“Sabah”, “Star”, “Vatan”, “Haber Türk”, “Hürriyet” nələrdən yazır?

1986859
Türkiyə mətbuatı, 16 may 2023

 

“Sabah”: Yener açıqladı ki, seçkilər ikinci tura qaldı

  Mərkəzi Seçki Komissiyasının sədri Əhməd Yener Türkiyədə 14 mayda keçirilən prezident seçkilərində namizədlərin kifayət qədər səs çoxluğu əldə etmədiyini və əvvəlcədən elan edilmiş Seçki Təqviminə əsasən, seçkilərin ikinci turunun 28 may 2023-cü il bazar günü olacağına dair qərar verildiyini açıqlayıb.

“Star”: Dünya mətbuatında 14 May seçkiləri

  Türkiyə Prezident və 28-ci Dövr Parlament Seçkiləri Avropa mətbuatında geniş işıqlandırılıb. Seçkilərin nəbzini oxucularına xəbər manşetlərində çatdıran Avropada bir çox mətbuat orqanı yüksək fəallığın 85 faizi keçdiyinə və türk seçicilərinin seçki qutularına getdiyinə diqqət çəkib.

“Vatan”: ABŞ “Dinc şəkildə tələblərini qutuya qoyan türk xalqını təbrik edirik” deyə bildirdi

  Türkiyə 28-ci dövri parlament və prezident seçkilərinin birinci turu başa çatdıqdan sonra ABŞ seçkilərlə bağlı açıqlama verib. Prezident Co Baydenin hökuməti qalibin kim olmasından asılı olmayaraq birlikdə işləməyi səbirsizliklə gözlədiyini bildirib.

“Haber Türk”: Kremldən Türkiyədəki seçkilərlə bağlı ilk açıqlama

  Rusiya Prezident Administrasiyasının sözçüsü Dmitri Peskov Rusiya ilə Türkiyənin bir çox sahədə əməkdaşlığına görə Türkiyədəki seçkiləri maraqla izlədiklərini söyləyərək deyib: "Türkiyə xalqının seçiminə hörmətlə yanaşacağıq. Hər bir halda əməkdaşlığımızın davam etməsi, dərinləşməsi və genişlənməsini istəyirik”.

“Hürriyet”: Aİ-nin Türkiyədəki seçkilərlə bağlı ilk şərhi

  Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula fon der Leyen seçkilərlə bağlı “Seçkilərdə kütləvi iştirak yaxşı xəbərdir” deyib. Leyen ilə birgə mətbuat konfransı keçirən Avropa Şurasının sədri Şarl Mişel də "Nəticənin nə olacağı ilə yaxından maraqlanırıq" deyə söyləyib.



Әlaqәli Xәbәrlәr