Türkiyə mətbuatı, 9 may 2023

“Vatan”, “Hürriyət”, “Sabah”, “Star” və “Yeni Şafak” nələrdən yazır?

1984175
Türkiyə mətbuatı, 9 may 2023

 

“Vatan”: “First Post”dan diqqət çəkən Ərdoğan analizi

  Hindistan mərkəzli “First Post” xəbər saytı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın regional və qlobal məsələlərdəki rolunu müzakirə edib. Taxıl böhranının həllində Ərdoğanın roluna diqqət çəkən qəzet “Ukraynanın taxıl ixracına yenidən başlamaq üçün razılaşmaya vasitəçilik etdiyi üçün Ərdoğan beynəlxalq alqış aldı” deyə yazıb.

“Hürriyət”: Ərdoğan neft gəlirləri ilə ailə və gənclik bankı quracaqlarını söylədi

  Prezident R.T.Ərdoğan bildirdi ki, Türkiyənin 21 illik qazancının infrastruktur investisiyalarına xərcləndiyini deyib: “Türkiyə müasir dünyada fərqli bir yerə gəlib. Qabarda tapdığımız neftdən əldə edəcəyimiz gəlirlə ailə və gənclik bankı quracağıq”.

“Sabah”: Qara dənizdən yeni təbii qaz müjdəsi gələ bilər

  Enerji və təbii sərvətlər naziri Fatih Dönmez söylədi ki, Türkiyə karbohidrogen kəşfiyyatı və tədqiqatında bu qədər böyük donanmaya malik dünyada nadir ölkələrdən biridir. Türkiyə Qara dənizdə yeni təbii qaz ehtiyatları əldə edə biləcək.

“Star”: Tanınmış iqtisadiyyat professorundan Türkiyə İqtisadiyyat Modelinə hörmət

  Qlobal iqtisadiyyatlarda “Covid-19” epidemiyasından sonra yaxşılaşmaya baxmayaraq, yüksək inflyasiya riskinin davam etdiyini deyən Yaponiya Kobe Universitetinin iqtisadiyyat professoru Çarlz Yudzi Horioka (Charles Yuji Horioka) bildirib: “Türkiyə İqtisadiyyat Modeli böyümə və inkişaf üçün yaxşı bir modeldir”.

“Yeni Şafak”: Elazığda 3 milyon illik kanyon tapıldı

  Türkiyənin Elazığ rayonunda bir qrup təbiətsevər müəllim peyk görüntülərini araşdırarkən təsadüfən 3 milyon illik kanyon aşkar edib. Zəngin flora və faunaya malik olan kanyonda irili-xırdalı şəlalələr var. Fotoqrafiya həvəskarları və təbiətsevərlərin məkanı olan kanyonun turizmə açılması gözlənilir.



Әlaqәli Xәbәrlәr