Türkiye mətbuatı, 26 aprel 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1979435
Türkiye mətbuatı, 26 aprel 2023

"Habertürk": "Ərdoğan: 55 min insana medal və orden təqdim edirik"

Prezident Rəcəb Tayyib Ərdoğan zəlzələ bölgəsində xilasetmə işlərində iştirak edən 55 min yerli və xarici vətəndaşın Dövlət Üstün Fədakarlıq Medalı Təqdimetmə Mərasimində medal və ordenlərlə təltif ediləcəyini açıqlayıb.

"Sabah": Milli Müdafiə Nazirliyinin Moskvada keçirilən dördtərəfli görüşlə bağlı açıqlama

Milli Müdafiə Nazirliyindən verilən açıqlamada Türkiye-Rusiya-Suriya-İran dördtərəfli görüşdə Türkiye-Suriya əlaqələrinin normallaşması və əlaqələrin intensivləşdirilməsi sahəsində atıla biləcək konkret addımların və suriyalı qaçqınların öz torpaqlarına qaytarılması səyləri müzakirə edilib.

"Star": "Hürjet" üçün tarixi inkişaf

Prezident Ərdoğan sosial media hesabında "Hürjet"in görüntüləri ilə etdiyi paylaşımında "İlk yerli və milli pilotlu səsdən sürətli reaktiv təyyarəmiz "Hürjet" ilk uçuşunu uğurla həyata keçirdi. Türkiyenin yeni əsrinə ərmağan olsun" dedi.

"Yenişafak": Bu yay Türkiyeyə avropalı axını olacaq

Yay mövsümünün yaxınlaşması ilə bir çox Avropa ölkəsi Türkiyeyə uçan təyyarələrində oturacaqların sayını artırıb. İstirahət edənlərin daha çox Antalya bölgəsinə üstünlük verdiyi bildirilsə də, Türkiyeyə üstünlük verilməsinin əsas səbəbi günəşli olması, uzun çimərlikləri, təmiz havası, gigiyenik tədbirləri və Avropa məkanlarına yaxınlığıdır.

"Hürriyet": İstanbul Hava Limanı mart ayında Avropanın zirvəsindədir

İstanbul Hava Limanı mart ayında gündə orta hesabla 1263 uçuşla London Hitrou hava limanını geridə qoyaraq Avropanın ən işlək hava limanı oldu.



Әlaqәli Xәbәrlәr