Türkiye mətbuatı, 25 aprel 2023

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1978906
Türkiye mətbuatı, 25 aprel 2023

"Star": Prezident Ərdoğan: "Türkiyeni Avropanın istehsal bazasına çevirmək məqsədi ilə yola çıxmışıq"

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Bursanın Gemlik qəsəbəsində SIRO Batareya İnkişafı və İstehsalat Kampusunun təməlqoyma mərasimində çıxış edib. “Biz Türkiyeni elektrik avtomobilləri, eləcə də enerji doldurma və akkumulyator texnologiyaları üçün Avropanın istehsal bazasına çevirmək məqsədi ilə yola çıxdıq”, - deyə prezident Ərdoğan bildirib.

"Hürriyet": Nazir Çavuşoğludan Baydenə sərt reaksiya

Xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ prezidenti Co Baydenin 1915-ci il hadisələri ilə bağlı açıqlamasına reaksiya verib. Nazir Çavuşoğlu "Tarixi təhrif etməyə çalışan siyasi şarlatanlar yenidən səhnədədir" deyib.

"Sabah": “Türkiye işğalçıdır” deyən Cənubi Kıbrıs (Kipr) Rum Rəhbərliyinin nümayəndəsinə Şentopdan sərt reaksiya

Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop Avropa İttifaqı Parlament Sədrləri Zirvə toplantısında Cənubi Kıbrıs Rum Administrasiyasının Məclis sədri Annita Dimitriunun Kıbrısla bağlı təxribatına sərt reaksiya verib. Dimitriunun Kıbrıs Sülh Əməliyyatını "işğal" olaraq təhrif etməsindən sonra danışan Şentop "Türkiyenin 1974-cü ildə Kıbrısa müdaxiləsini Rusiyanın Ukraynaya müdaxiləsi ilə müqayisə etmək həqiqətlərin çox ucuz təhrifidir" deyib.

"Yeni Şafak": Türkiyenin yeni çəkindirici gücü "Altay" tankı dünya mətbuatında

Türkiye Silahlı Qüvvələrinə təhvil verilən yüksək lokallik dərəcəsi ilə Türkiyenin döyüş meydanında yeni çəkindirici gücü olan "Altay" tankı dünya mediasında geniş əks-səda doğurdu. Xəbərdə tankın Türkiye Silahlı Qüvvələrinə əlavə edəcəyi gücə diqqət çəkilib. Bildirilib ki, "Altay" tankının döyüş qabiliyyəti müasir texnologiyalar və yeniliklərlə təkmilləşdirilib.

"Haber Türk": İstanbul Hava Limanında uçuş və sərnişin rekordu

İstanbul Hava Limanı açıldığı gündən bu yana 1548 uçuş və 224 min 709 sərnişinlə ən yüksək gündəlik uçuş və sərnişin sayına çatıb.



Әlaqәli Xәbәrlәr