Türkiyə mətbuatı, 14 aprel 2023

“Star”, “Vatan”, “Haber Türk”, “Sabah” və “Hürriyet” yazır

1974691
Türkiyə mətbuatı, 14 aprel 2023

 

“Star”: Türkiyədən Misir açıqlaması

  Misirin xarici işlər naziri Samih Şükri ilə birgə mətbuat konfransında çıxış edən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu "Misirlə açdığımız yeni səhifəni ortaq layihələr və uğur hekayələri ilə doldurmaq istəyirik" dedi.

“Vatan”: Nazir Varank “Togg”u Avropa küçələrində görməyə başlayacağıq” dedi

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank 13 aprel açıqlamasında “Togg” Türkiyənin imkanlarını bütün dünyaya göstərən bir layihədir. “Togg”u Avropa küçələrində də görməyə başlayacağıq” dedi.

“Haber Türk”: Mövsümün ilk səfəri 450 sərnişinlə Marmarisə oldu

  Baham adaları bayraqlı lüks kruiz gəmisi "Silver Spirit" Muğlanın Marmaris şəhərinə gəldi. Gəmidə əksəriyyəti ABŞ və Böyük Britaniya vətəndaşları olmaqla 450 sərnişin və 400 personal olub.

“Sabah”: Türkiyənin hazır geyim və konfeksiyon ixracatı 5,2 oldu

  Türkiyənin hazır geyim və parça sənayesi 2023-cü ilin birinci rübündə 5,2 milyard dollarlıq ixracat əldə edib.

“Hürriyət”: “Beşiktaş” – “Atletico Madrid” yoldaşlıq oyunu İspaniya mətbuatında geniş yer aldı

  “Beşiktaş” və “Atletico Madrid” klubları arasında keçirilən yoldaşlıq oyunundan gələn bütün gəlirlər zəlzələdən zərərçəkənlərə bağışlanıb. İspaniya mətbuatında geniş yer alan bu şəkildəki xəbərlərdə “Zəlzələ qurbanlarının təşkilatlanması təqdirəlayiqdir”, “Futbol bunun üçündür”, “Beşiktaş” və “Atletico”dan böyük həmrəylik” cümlələri yer alıb.

 



Әlaqәli Xәbәrlәr