Türkiyə mətbuatı, 27 mart 2023

“Star”, “Haber Türk”, “Hürriyet”, “Yeni Şafak” və “Vatan” nələrdən yazır?

1965317
Türkiyə mətbuatı, 27 mart 2023

 

“Star”: Ərdoğan “Məqsədimiz zəlzələ bölgəsini bir il ərzində canlandırmaqdır” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Məqsədimiz zəlzələ bölgəsini ayağa qaldırmaq üçün 1 ildə 319 min sosial və ticarət obyektləri, 650 min ev tikməkdir” deyə bildirib.

“Haber Türk”: Ərdoğandan birlik və həmrəylik mesajı

  Türkiyə prezidenti Ərdoğan son zəlzələ fəlakətində millətin birlik, həmrəylik və qardaşlıq məziyyətlərinin nə qədər güclü olduğunu bir daha gördüklərini vurğuladı: “Biz beynəlxalq yardımları, xüsusilə dost və qardaş ölkələri heç vaxt unutmayacağıq”.

“Hürriyət”: Nazir Kurum “Yeni bir şəhərçilik dastanı yazacağıq” dedi

  Türkiyə ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bu sözləri söylədi: “Zəlzələ bölgəsində indiyədək 53 min 830 evin tikinti prosesinə başlamışıq. Onlardan 22 min 467-nin təməlini qoymuşuq. Dirçəliş və quruculuq prosesimizlə 11 rayonumuzda yeni bir şəhərsalma dastanı yazacağıq”.

“Yeni Şafak”: Çavuşoğlu və Quterreş telefon danışığı

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş ilə telefonda danışıb. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, Çavuşoğlu və Quterreş “Sıfır tullantı” təşəbbüsü və İstanbul Taxıl Sazişini müzakirə ediblər.

“Vatan”: Diyanət İşlər İdarəsi sədri Erbaşdan danimarkalılara çağırış

  Türkiyə Diyanət İşləri İdarəsinin sədri Əli Erbaş Danimarkada Quran və Türkiyə bayrağına edilən hücumla bağlı danimarkalılara müraciət edib: “Ey danimarkalılar, Quran sayəsində bir çox insanlar pislikdən uzaqlaşıb, xeyirxah olublar. Türkiyə bayrağı da öz rəngini onun uğrunda şəhid olanların qanından alıb. Gəlin, Quran oxuyun və Türkiyə bayrağını tanıyın, aranızda olan pislərə ən böyük cavabı verin”.



Әlaqәli Xәbәrlәr