Türkiye mətbuatı: 11 noyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

1905070
Türkiye mətbuatı: 11 noyabr 2022

Türkiye mətbuatında dərc olunan bəzi xəbərlərin xülasəsi.

''Hürriyet'': Rəcəb Tayyıb Ərdoğan: “Rusiyanın Xersonla bağlı qərarı müsbət addımdır".
“Rusiyanın Xersonla bağlı qərarı müsbət addımdır".
Bunu Türkiye Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının 9-cu Zirvə toplantısında iştirak etmək üçün Özbəkistana səfər etməzdən əvvəl jurnalistlərə açıqlamasında bildirib. 
Fevralın 24-dən etibarən davam edən Rusiya-Ukrayna müharibəsinə toxunan dövlət başçısı Rəcəb Tayyib Ərdoğan Türkiyenin vasitəçilik ilə bağlı səylərinin fasiləsiz davam etdiyini bildirib. Türkiye Prezidenti deyib:“Rusiyanın Xersonla bağlı qərarı müsbət addımdır".

''Sabah'': "Teleqraf'' qəzeti: ''Müharibənin əsl qalibi Türkiyədir"

Rusiya-Ukrayna müharibəsində hər iki tərəflə yaxşı münasibət qura bilən yeganə ölkə olan Türkiyə vasitəçi rolu ilə dünyanın diqqətini çəkir. “Teleqraf” qəzetinin yaydığı xəbərdə deyilir: ''Müharibənin əsl qalibi Türkiyedir''. Xəbərdə həmçinin Türkiyenin  Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyindəki təşəbbüslərindən bəhs edilib.

''Yenisafak'':  Türkiyenin silahlı PUA-ları dünyaya nümunə oldu

Türkiyənin ilk milli və bənzərsiz silahlı pilotsuz uçuş aparatı olan ''Bayraktar TB2'' dünyaya nümunə oldu.  ABŞ-dan sonra Çinin texnologiya şirkəti də ''Bayraktar TB2''-ni kopyalayıb. CETC şirkətinin  istehsal etməyi planlaşdırdığı PUA-nın görüntüsünün ''Bayraktar TB2'' ilə oxşarlığı diqqət çəkdi.

''Habertürk'': Sənaye sektorunda 10 ayda həyata keçirilən ixrac həcmi 154 milyard dolları keçdi
Türkiye sənaye sektorunda yanvar-oktyabr aylarında həyata keçirdiyi  ixracla rekorda imza atıb. Beləliklə 10 ayda həyata keçirilən ixrac həcmi 154 milyard dolları keçib.

''Star'': Rusiya Türkiye dedi
Oktyabrın sonunda 50 rusiyalı biznesmen İstanbul və Ankaraya səfər edib. Səfərlə bağlı açıqlama verən rusiyalı iş adamları Türkiyənin Rusiyanın dominant tədarükçüsü ola biləcəyinə işarə ediblər. İş adamı İrina Kolesova deyib: ''Sifarişləri verməyə başladıq''.



Әlaqәli Xәbәrlәr