Mətbuatdan xülasələr, 2 noyabr 2022

“Hürriyet”, “Star”, “Haber Türk”, “Vatan” və “Sabah” nələrdən yazır?

1900861
Mətbuatdan xülasələr, 2 noyabr 2022

 

“Hürriyet”: Prezident Ərdoğan Putinlə danışdı

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 1-də Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Dövlət başçılarının söhbəti zamanı dayandırılan taxıl nəqliyyatı məsələsi müzakirə edilib.

“Star”: Ərdoğandan Almaniyaya Yunanıstan xəbərdarlığı

  Türkiyə prezidenti R.T.Ərdoğan Almaniya kansleri Şolzla telefon danışığında Almaniyanın Türkiyə-Yunanıstan münasibətlərində neytral mövqeyinə qayıtmasını gözlədiklərini bildirib.

“Haber Türk”: Çavuşoğlu rusiyalı həmkarı ilə danışdı

  Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun rusiyalı həmkarı Sergey Lavrov ilə telefon danışığı olub. Söhbət zamanı taxıl dəhlizi məsələsi müzakirə edilib.

“Vatan”: Finlandiyanın baş naziri: “İndi bütün gözlər Türkiyədədir”

  Finlandiyanın baş naziri Sanna Marin Türkiyə və Macarıstanı Finlandiyanın NATO-ya üzvlük müraciətlərini təsdiqləməyə çağıraraq "Artıq bütün diqqətlər Macarıstan və Türkiyədədir. Bu ölkələrin müraciətlərimizi təsdiqləmələrini gözləyirik" deyib.

“Sabah”: Antaliya turizmində bütün zamanların ən yaxşı oktyabrı

  Antaliyaya 10 ayda hava yolu ilə gələn turistlərin sayı əvvəlki ilin eyni dövrünə görə 48 faiz artaraq 12 milyon 743 min 295 nəfərə çatıb. 2022-ci ilin oktyabr ayında gələn 1 milyon 716 min 202 turistlə bütün zamanların ən yaxşı oktyabr ayı rekordu qırılıb.



Әlaqәli Xәbәrlәr