Türkiye mәtbuatı, 2 sentyabr 2022

Türkiye mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1874834
Türkiye mәtbuatı, 2 sentyabr 2022

“Haber Türk”: Ərdoğan: "Avropa İnsan Haqları Məhkəməsi (AİHM) ədalətli deyil”

Prezident Rəcəb Tayyib Ərdoğan AİHM-in qərarlarına sərt reaksiya verib. Türkiyenin qaranlıq dairələrin istiqamətləndirdiyi bir ölkə olmadığını hər kəsin görəcəyini vurğulayan Ərdoğan “AİHM qərarlarında ədalətli deyil, siyasidir. Türkiyeyə gəlincə siyasi qərar verir, digər tərəfdən Fransa və Almaniyaya gəldikdə isə təəssüf ki, orada da mənfi qərarlar verir” deyib.

"Vatan": Ərdoğan: "İnkişaf edən Türkiye var”

Prezident Ərdoğan dünyanın çətin bir dövrdən keçdiyi bir zamanda böyük və qüdrətli Türkiyeni qurmağa hazır olduqlarını bildirib. "Təhsildən səhiyyəyə, sənayedən kənd təsərrüfatına qədər hər sahədə ehtiyacımız olan vasitələrə sahibik" deyən Ərdoğan "Münasibətlərimiz və hərbi gücümüzlə varlığımızı bütün dünyada qəbul etdiririk" deyə vurğulayıb. 

Yeni Şafak: Altun: "Türkiye-Aİ yaxınlaşması təəccüblü olmayacaq”

Türkiye Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin AltunTürkiyenin Avropa İttifaqına(Aİ) üzvlüyünün qazanacağı faydalar ilə yanaşı, Aİ-nin Türkiyenin üzvlükdən əldə edəcəyi faydaların olduğunu bildirib. Altun “Dünyanın üz tutduğu istiqamət Türkiye ilə Aİ-ni yaxınlaşdırır. Bu templə danışıqların yenidən sürət qazanması təəccüblü olmayacaq” deyə vurğulayıb.

"Hürriyet": Yenilənə bilən enerji rekordu

Bərpa olunan enerjidə rekordlar qırıldı. İyulda Türkiyedə 28 milyard 491 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib. İyul ayında Türkiyedə günəşdən istehsal olunan elektrik enerjisi 2 milyard 7 milyon kilovat-saat, küləkdən istehsal olunan elektrik isə 4 milyard 237 milyon kilovat-saatla rekord qırıb.

"Yeni Şafak": Daha  bir ölkə “Bayraktar TB2" almaq istəyir

Rumıniya döyüş meydanlarında əfsanəyə çevrilən "Bayraktar TB2" silahlı pilotsuz uçuş aparatını (SİHA) Türkiyedən almaq istəyir. Rumıniya Parlamenti təsdiq edərsə, 18 SİHA-nın alınması üçün türk şirkəti ilə danışıqlar mümkün olacaq.



Әlaqәli Xәbәrlәr