Türkiyә mәtbuatı, 7 iyul 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1852967
Türkiyә mәtbuatı, 7 iyul 2022

"Star": FETÖ terror təşkilatı kimi NATO-nun qeydiyyatlarına düşüb

Prezident Rəcəb Tayyib Ərdoğan indiyə qədər yalnız Avropa İttifaqında (Aİ) qeydiyyata alınan separatçı terror təşkilatı PKK-nın indi təkcə Aİ qeydlərində deyil, PYD/YPG və Fətullahçı Terror Təşkilatının (FETÖ) də NATO qeydlərində olduğunu bildirib. 

"Hürriyet": Ərdoğan: "Somaliyə etdiyimiz yardımın məbləği 1 milyard dolları keçdi”

Prezident Rəcəb Tayyib Ərdoğan və Somali Prezidenti Həsən Şeyx Mahmud Prezident İqamətgahında birgə mətbuat konfransı keçirib. Ərdoğan "Son 10 ildə Somaliyə etdiyimiz yardımın məbləği 1 milyard dolları keçdi. Bu gün Somalinin bir çox sahədə irəliləyiş əldə etdiyini görməkdən məmnunam" deyib.

"Haber Türk": Akar: “Taxıl dəhlizi” üçün çalışırıq”

Milli müdafiə naziri Hulusi Akar Ukrayna limanlarından taxıl yüklü gəmilərin boşaldılması üçün yaradılması planlaşdırılan “taxıl dəhlizi” ilə bağlı “Yaxın vaxtlarda müsbət nəticələr əldə etmək üçün əlimizdən gələni edirik” dedi. Akar Türkiyənin səylərinin beynəlxalq aləmdə alqışlandığını da bildirdi.

Vatan: "Abdülhamid Han" qazma gəmisi xidmətə hazırdır

Türkiyənin donanmasına əlavə etdiyi dünyada 5 gəmidən biri olan Türkiyənin 4-cü qazma gəmisində hazırlıqları yerindəcə araşdıran enerji və təbii sərvətlər naziri Fatih Dönmez “Gəmimiz ilin ilk yarısında xidmətə başlayacaq. Avqustda onun ilk vəzifə yeri böyük ehtimalla Aralıq dənizi olacaq" dedi.

"Yeni Şafak": Yunan polkovnik: "Türkiyəyə qarşı boş yerə silahlanırıq”

Yunanıstan Hərbi Hava Qüvvələrinin Hərbi Akademiyasının müəllimi, polkovnik Konstantinos Zikidis Yunanıstanı Türkiyə ilə müqayisə etməyin kədərə səbəb olacağını bildirib. Polkovnik Zikidis "Biz boş yerə Türkiyəyə qarşı silahlanırıq. Türkiyənin hərbi imkanları ilə rəqabət apara bilmərik" deyib.



Әlaqәli Xәbәrlәr