Türkiyә mәtbuatı, 30 iyun 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1850004
Türkiyә mәtbuatı, 30 iyun 2022

"Sabah": Ərdoğan və Bayden görüş keçirdi

Prezident Rəcəb Tayyib Ərdoğan dünən (29 iyun) İspaniyanın paytaxtı Madriddə keçirilən NATO Dövlət və Hökumət Başçıları sammiti çərçivəsində ABŞ Prezidenti Co Bayden ilə görüşüb. Ərdoğan görüşdən əvvəl verdiyi açıqlamada “NATO-nun güclənməsi üçün atılacaq addımlar xüsusilə Rusiya-Ukrayna prosesinə xüsusi töhfə verəcək” deyib. Ərdoğan ayrıca taxıl dəhlizi ilə bağlı da “Prosesi balanslı bir siyasətlə həll etməyə çalışırıq” deyə vurğulayıb.

"Hürriyet": Madriddə NATO sammiti: NATO-dan 2 ölkəyə dəvət... Türkiyəyə təşəkkür

"Bu gün biz Finlandiya və İsveçi NATO-ya üzv olmağa dəvət etmək və üzvlük protokollarını imzalamaq qərarına gəldik", - İspaniyanın paytaxtı Madriddə keçirilən NATO-nun 32-ci sammitindən sonra yayılan birgə bəyanatda deyilir. NATO-nun Baş katibi Yens Stoltenberq sammitdən sonra verdiyi açıqlamada Türkiyəyə təşəkkür edərək, "Bu razılaşma İsveç və Finlandiya üçün olduğu kimi Türkiyə üçün də yaxşı bir razılaşmadır" deyib.

"Star": Türkiyənin uğuru dünya gündəmindədir

Türkiyə qətiyyətli mövqeyindən güzəştə getməyərək Madriddə Finlandiya və İsveçlə imzalanan “Üçlü Memorandum”da konkret nailiyyətlər əldə etdi. Müqavilə dünya mətbuatında geniş işıqlandırılıb. Prosesi yaxından izləyən dünya mətbuatı Türkiyənin 'istədiyini aldığını' yazıb. "The Economist" jurnalı Türkiyənin Finlandiya və İsveçin NATO-ya namizədliyi üçün blokadasını qaldırdığını çatdırıb və “Rəcəb Tayyib Ərdoğan evinə qələbə ilə qayıdır” ifadəsi işlədilib.

"Vatan": NATO-dan Türkiyəyə kritik missiya

NATO Türkiyəyə bir il davam edəcək kritik bir missiya tapşırdı. NATO-nun dəniz əməliyyatları və minalarla mübarizə üzrə təlim fəaliyyətlərinə cavabdeh olan NATO Daimi Minalara Qarşı Tədbirlər üzrə Dəniz Tapşırıq Qrupu-2 komandanlığı bir il müddətinə Türkiyəyə təhvil verilib.

"Yeni Şafak": İstanbul may ayında turist sayında rekord qırdı

İstanbul may ayında 1 milyon 402 min 366 xarici ziyarətçi qonaq edərək son 33 ayın ən çox turistinə ev sahibliyi edib.



Әlaqәli Xәbәrlәr