Türkiyə mətbuatı, 13 iyun 2022

“Haber Türk”, “Star”, “Vatan”, “Yeni Şafak” və “Sabah” nələrdən yazır?

1841995
Türkiyə mətbuatı, 13 iyun 2022

 

“Haber Türk”: Ərdoğan “Qərbə etibar etmək olmaz” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Amerika Birləşmiş Ştatlarının Yunanıstanda qurduğu hərbi bazalara reaksiya verərək deyib: “O bazaları niyə tikdiniz?” sualına verdikləri cavab çox maraqlıdır. “Ruslara qarşı” deyirlər. “Ruslara qarşı” deyəndə ki, ruslara qarşı Ukraynaya nə etdin, yanında dura bildinmi, bu ölkəni dəstəkləyə bildinmi? Hər şey yalandır. Bu Qərbə etibar etmək olmaz.

“Star”: Yunanıstandan Türkiyə qərarı

  Yunanıstan hökumətinin hər zaman Türkiyənin arxasından iş gördüyünü deyən prezident R.T.Ərdoğan İzmirdə keçirilən və 37 ölkənin qatıldığı EFES-2022 təlimindən sonra Yunanıstanın Türkiyə əleyhinə heç bir açıqlama verməmək qərarına gəldiyini söylədi.

“Vatan”: Ərdoğan “Seçkilər gələn ilin iyun ayındadır” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərinin 2023-cü ilin iyununda olacağını bildirdi. Vanda gənclərlə görüşən Ərdoğan “Seçki tarixi müəyyəndir. Noyabrda seçki yoxdur, gələn ilin iyunundadır” dedi.

“Yeni Şafak”: Stoltenberq “Türkiyənin narahatlığı haqlıdır” dedi

  NATO-nun baş katibi Yens Stoltenberq Türkiyənin İsveç və Finlandiyanın terrordan uzaq durmayan NATO üzvlüyünü bəyənməməsi ilə bağlı “Etiraf etməliyik ki, Türkiyə digər NATO müttəfiqlərindən daha çox terrordan təsirlənir və bu ölkənin narahatlığı haqlıdır” deyib.

“Sabah”: Evlərinə qayıdan suriyalılardan çağırış: “Qorxma, gəl”

  Türkiyə Silahlı Qüvvələrinin (TSK) əməliyyatlarla terrordan təmizlədiyi Suriyanın şimalındakı bölgələrə suriyalılar qayıtmağa davam edir. 4 ildən sonra Afrinin Şera qəsəbəsinin Serincek kəndindəki evlərinə qayıdan Mehmet Horo İzzəddin və həyat yoldaşı Şəkiliye Halil İzzəddin “Afrin bizimdir. Afrinlilər, evlərinə qayıdın” deyə müraciət edib.

 



Әlaqәli Xәbәrlәr