Türkiyə mətbuatı, 29 aprel 2022

Türkiyә mәtbautında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi.

1820205
Türkiyə mətbuatı, 29 aprel 2022

"Star": Ərdoğan: "Yeni bir dövrün başlamasına cəhd edirik"

Prezident Rəcəb Tayyib Ərdoğan sosial mediadan etdiyi paylaşımda Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləziz Əl Səudun dəvəti ilə Səudiyyə Ərəbistanına getdiyini xatırladaraq, "Səudiyyə Ərəbistanına səfər etdik. Tarixi, mədəni, bəşəri əlaqlərə sahib iki qardaş ölkə olaraq aramızdakı hər cür siyasi, hərbi və iqtisadi əlaqələri genişləndirmək və yeni bir dövrə başlamaq üçün səylər göstəririk” deyib. 

"Haber Türk": Prezident Ərdoğan Rusiya prezidenti Putinlə görüşüb

Prezident Rəcəb Tayyib Ərdoğan dünən Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparıb. Telefon söhbətində ötən gün Rusiya ilə ABŞ arasında Türkiyədə baş verən mübadilə və Ukrayna müharibəsində baş verənlər müzakirə edilib. Putin Türkiyədə baş tutan mübadilə üçün prezident Ərdoğana təşəkkür edib.

"Yeni Şafak": Türkiyənin hava məkanını dəfələrlə pozan Yunanıstana dərhal cavab verildi

Xarici İşlər Nazirliyinin sözçüsü, səfir Tanju Bilgiç Yunanıstan Hərbi Hava Qüvvələrinin 26-28 aprel tarixlərində Türkiyə sahillərinə edilən təxribat xarakterli uçuşlara və pozuntulara cavab verdiyini bildirərək, “Gərginliyi başlatan və artıran tərəf Yunanıstan idi. Ölkəmizin əsassız iddialarla günahlandırılması iki ölkə arasında son dövrlərdə ortaya çıxan müsbət gündəm və yaxşı qonşuluqdur əlaqələri ilə uyğun gəlmir" ifadəsini işlədib.

"Vatan": Türkiyə ilə Ermənistan arasında keçiriləcək görüşün vaxtı müəyyənləşdi

Xarici İşlər Nazirliyinin dünən verdiyi açıqlamada Türkiyə ilə Ermənistan arasında normallaşma prosesinin 3-cü iclasının 3 may 2022-ci ildə Avstriyanın paytaxtı Vyanada keçiriləcəyi bildirilib.

"Hürriyet": THY ilk davamlılıq temalı uçuşunu Stokholma reallaşdırdı

Türk Hava Yolları ekoloji cəhətdən təmiz yanacaq əməliyyatı həyata keçirdiyi "Airbus 321" tipli "TC-JSU" təyyarəsinə yarpaq naxışlarından ibarət xüsusi dizayn tətbiq edərək Stokholma ilk uçuşunu həyata keçirib.



Әlaqәli Xәbәrlәr