Türkiyǝ mǝtbuatı, 18 aprel 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1813595
Türkiyǝ mǝtbuatı, 18 aprel 2022

"Star": Ərdoğan Fələstinə dəstək: "Hər zaman yanınızdayıq"

Prezident Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefon danışığı aparıb. Sosial media hesabından açıqlama verən Ərdoğan “Görüşümüz zamanı cənab Abbasa İsrailin Məscidül-Əqsada ibadət edənlərə qarşı müdaxilələrini şiddətlə qınadığımı və Məscidül-Əqsanın statusuna və mənəviyyatına qarşı təxribat və təhdidlərə qarşı duracağımızı bildirdim. Türkiyə hər zaman Fələstinin tərəfində olub” ifadələrdən istifadə etmişdir.

"Sabah": İstanbul prosesinə hər kəs dəstək olmalıdır
Prezident Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Baş katibi Antonio Quterreşlə telefon danışığı aparıb. Görüşdə regional inkişaflar, xüsusilə Qüds hadisələri və Ukrayna-Rusiya müharibəsi müzakirə edilib. Görüş zamanı Ərdoğan bəyan edib ki, Ukrayna ilə bağlı İstanbul Prosesi dəstəklənməlidir.

"Hürriyet: Ərdoğan Rusiya ilə bağlı açıqlama verdi

Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov prezident Ərdoğanın tələbi ilə Mariupoldakı məsciddə sıxışanların xilas edilərək təhlükəsiz yerə təhvil verildiyini açıqladı.

"Yeni Şafak": "Bayraktar TB2" Fransanın radarında

Fransa ordusunun gələcəkdə 'yüksək intensivlikli qarşıdurmalarda' uğursuzluğa düçar olmasının qarşısını almaq üçün senatda "Bayraktar TB2"-yə bənzər SİHA-ların istehsalına başlanılması ilə bağlı fikir səsləndirilib.

"Vatan": Antalyaya turist axını

2020-ci ildə Pasxa bayramının da daxil olduğu aprel ayında şəhərə 905 nəfər gəldiyi halda, 2022-ci ilin aprel ayının sonuna qədər bu rəqəm 300 minə çadı. Antalya Şəhər Şurası Turizm İşçi Qrupunun sədri Rəcəb Yavuz 2021-ci ilin aprel ayında cəmi turist sayının 178 min olduğunu xatırladaraq, "Bu il 1-15 aprel tarixlərində turist sayı ikiqat artdı. Ayın sonunda gözləntimiz isə 600 mindir. Keçən ilin aprel ayındakı rəqəmdən dörd qat artıq olmasına ümid edirik" dedi.



Әlaqәli Xәbәrlәr