Türkiyә mәtbuatı:10 mart 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

1792831
Türkiyә mәtbuatı:10 mart 2022

Türkiyә mәtbuatında dәrc olunan bәzi xәbәrlәrin xülasәsi

‘‘Haber Türk’’:Rәcәb Tayyib Әrdoğan vә İsaak Hersoq birgә mәtbuat konfransında çıxış ediblәr

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İsrail prezidenti İsaak Hersoq ilә keçirdiyi birgә mәtbuat konfransında deyib: ‘‘Bu görüş ikitәrәfli münasibәtlәr baxımından dönüş nöqtәsidir’’.Bölgәdә yaşananların enerji tәhlükәsizliyinin әhәmiyyәtini ortaya qoyduğunu deyәn Rәcәb Tayyib Әrdoğan bildirib ki, bu enerji layihәlәrindә әmәkdaşlığı yenidәn başlatmaq üçün bir fürsәtdir.

‘‘Yeni Şafak’’: Rәcәb Tayyib Әrdoğan: ‘‘Әqsa mәscidinin dini anlamına verdiyimiz әhәmiyyәti vurğuladıq’’

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan İsrail prezidenti İsaak Hersoqla keçirdiyi görüşdә Türkiyәnin Fәlәstin mәsәlәsindәki hәssaslığını vurğuladıqlarını bildirib. Rәcәb Tayyib Әrdoğan  deyib: ‘‘Bölgәdә gәrginlinin azaldılması vә iki dövlәtli hәll prosesinә verdiyimiz әhәmiyyәti ifadә etdik, hәmçinin Әqsa mәscidinin dini anlamına әhәmiyyәt verdiyimizi vurğuladıq.

‘‘Hürriyet’’: Rәcәb Tayyib Әrdoğan Ursula von der Leyen ilә görüşüb

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Avropa İttifaqı Komissiyasının rәhbәri Ursula von der Leyen ilә telefon әlaqәsi saxlayıb. Görüşdә Rusiyanın Ukraynaya hücumu vә Türkiyә Avropa İttifaqı arasındakı münasibәtlәr müzakirә olunub.

‘‘Star’’: Nigeriya Türkiyәyә çağırış edib

Nigeriyanın Neft Ehtiyatları üzrə naziri Timipre Silva Türkiyəyә  ölkəsinin qurudakı böyük neft və təbii qaz ehtiyatlarına investisiya qoyması ilә әlaqәdar çağırış edib.

‘‘Sabah’’: Rusiya ilә Ukrayna arasındakı müharibә sәbәbindәn iqtisadi tәdbirlәr görülür

Türkiyәnin İqtisadi Koordinasiya Şurası Rusiya vә Ukrayna arasındakı müharibәnin iqtisadiyyat üzәrindәki tәsirlәrini azaltmaq üçün görülәcәk tәdbirlәri qiymәtlәndirib. Enerji qiymәtlәrinә qarşı atılacaq milli addımlar vә vәtәndaşların lehinә  görülәcәk tәdbirlәr müzakirә olunub.

 



Әlaqәli Xәbәrlәr