Türkiyǝ mǝtbuatı, 11 yanvar 2022

Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.

1760368
Türkiyǝ mǝtbuatı, 11 yanvar 2022

"Habertürk": AK Partiya sözçüsü Çelikdən Qazaxıstan açıqlaması

Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik partiyanın Mərkəzi İdarə Heyəti Toplantısından sonra verdiyi açıqlamada Qazaxıstanda baş verənlərə toxunaraq, "Ortaya çıxan mənzərəni yaxından izləyirik. "Şərtlər nə olursa olsun, Türkiyə hər zaman Qazaxıstanın yanında olacaq" dedi.

"Vatan": Türkiyə ilə ABŞ arasında kritik görüş

Prezidentin sözçüsü İbrahim Kalın ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sullivan ilə telefon danışığı aparıb. Görüş zamanı siyasi və iqtisadi əlaqələr, müdafiə sahəsində əməkdaşlığın inkişafı, qlobal və regional məsələlər müzakirə edilib.

"Star": Qaribaşvili: "Türkiyədən almağa qərar verdik"

Gürcüstanın Baş naziri İrakli Qaribaşvili ölkəsinin dərman bazarını Türkiyədən götürüləcək dərmanlara açmağı planlaşdırdıqlarını bildirib.

"Yeni Şafak": Türkiyə Silahlı Qüvvələrindən NATO standartlarında 30 dəqiqəyə qurula bilən mobil xəstəxana

Niğde şəhərindəki 7-ci Ana Təmir Fabriki Müdirliyində NATO keyfiyyət standartlarına uyğun istehsal edilən səyyar səhra xəstəxanası əməliyyat otağı, təcili triaj, reanimasiya, radiologiya, laboratoriya, aptek, stomatoloji kimi bölmələr də daxil olmaqla həyati əhəmiyyət kəsb edən 13 konteynerdən ibarətdir. Xəstəxananı təxminən 30 dəqiqəyə qurmaq olar.

"Hürriyet": Almaniyanın gözü Aralıq dənizində

Avropanın ən böyük ortaq tətil rezervasiya portallarından biri olan "HolidayCheck"in verdiyi məlumata görə, Almaniyada hər 5 nəfərdən biri tətil üçün Türkiyəyə üstünlük verib. Aprel və may rezervasiyaları üçün dərc edilən hesabatda qeyd olunub ki, bütün tətil rezervasiyalarının 18 faizi Türkiyənin Aralıq dənizi sahillərinə aiddir.
Türkiyǝ mǝtbuatında dǝrc olan bǝzi xǝbǝrlǝrin xülasǝsi.



Әlaqәli Xәbәrlәr