Türkiyə mətbuatı, 5 yanvar 2022

Bu gün Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlər.

1757175
Türkiyə mətbuatı, 5 yanvar 2022

“Habertürk”: Prezident Ərdoğan: “Ən çətininin öhdəsindən gəldik”

 Prezident Rəcəb Tayyib Ərdoğan, “Ən çətin olanı geridə qoyduq” deyərək iqtisadiyyat ilə bağlı atılan addımlara münasibət bildirib. Prezident qeyd edib ki, daha müəyyən etdiyimiz hədəflərimizə addım-addım yaxınlaşdığımızı göstərməyin vaxtı gəlib çatdı. İqtisadiyyatla bağlı açıqladığımız tədbirlər ilə dolların məzənnəsini sabitliyə qovuşdurduq. İndi növbə inflyasiya nisbətini aşğağı endirməkdədir”.

“Hürriyət”: “Mədən ixracında respublika tarixinin rekordu”

2021-ci il enerji və mədən sektoru baxımından uğurlarla dolu il oldu. Bunu Enerji və Təbii Sərvətlər Naziri Fatih Dönməz deyib. 2021-ci ildə sektorun 5 milyard 930 milyon dollarlıq məhsu ixrac etdiyini ifadə edən nazir sözməz bunun Respublika tarixinin rekordu hesab edildiyini vurğulayıb.

“Star”: Çində diqqətəlayiq təhlil: Türkiyənin layihəsi tarixin ən yaxşı fürsətidir Çinin reytinqli qəzetlərindən “China Daily”-də dərc olunan məqalədə “Türkiyənin Orta Dəhlizi” layihəsinin iqtisadi artım üçün tarixin ən yaxşı fürsətini yaratdıağına və Çindən Avropaya ən qısa marşrutun Türkiyədən keçdiyinə diqqət çəkilib.

“Yeni Şafak”: İndoneziya Türkiyədən döyüş gəmiləri ala bilər

İndoneziyanın Ankaradakı səfiri Doktor Lalu Muhammed İqbal ölkəsinin Türkiyədən hərbi gəmi alması ehtimalı ilə bağlı bəzi danışıqların başladığını bildirib.

“Sabah”: THY Filippinin Sebu şəhərinə uçuşlara başladı

 Türk Hava Yolları Filippinin paytaxtı Maniladan sonra Sebuya uçuşlara başlayıb. Uçuşlar həftədə üç gün İstanbul-Manila-Cebu marşrutu üzrə təşkil ediləcək.



Әlaqәli Xәbәrlәr