Türkiyə mətbuatı, 31 dekabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlər

1755008
Türkiyə mətbuatı, 31 dekabr 2021

"Sabah": Putin Ərdoğanı yeni il münasibətilə təbrik etdi

Rusiya Prezidenti Vladimir Putin Prezident Rəcəb Tayyib Ərdoğana zəng edərək Yeni il münasibətilə təbrik edib. Kremlin açıqlamasına görə, Putin Ərdoğana təbrik mesajı göndərərək, yeni növ koronavirus (Covid-19) epidemiyası prosesindəki çətinliklərə baxmayaraq, başda iqtisadi əməkdaşlıq olmaqla enerji və hərbi-texniki sahələrdə Türkiyə-Rusiya əlaqələrinin inkişafı istiqamətində müsbət addımlar atıldığını ifadə edib.

"Yeni Şafak": Prezidentin sözçüsü Kalın: "Ankara Vaşinqtona məktub göndərdi"

Prezidentin sözçüsü İbrahim Kalın iki ölkə münasibətlərini maraqlandıran və Prezident Rəcəb Tayyib Ərdoğan ilə Amerika Birləşmiş Ştatlarının Prezidenti Co Bayden arasında razılıq əldə olunan mövzularla bağlı mexanizmin qurulması və davamına dair Ankaranın Vaşinqtona məktub ünvanladığını bildirib. 

"Star": Bathari: "Türkiyənin təcrübəsinə ehtiyacımız var"

Oman və Türkiyə arasında iqtisadi-ticarət əlaqələr son vaxtlar sürətlə inkişaf edir. Zufar Ticarət və Sənaye Palatasının sədri Hüseyn əl-Bathari "Oman sənayesinin Türkiyənin təcrübəsinə ehtiyacı var" deyib.

"Hürriyet": THY 2021-ci ildə 328 istiqamətə uçuş reallaşdırdı

Türk Hava Yolları 2021-ci ildə 40,5 milyon sərnişinə xidmət göstərərkən təyyarə sayını 373-ə çatdırdığını açıqladı. Şirkət 128 ölkədə 328 istiqamətə uçuşlar həyata keçirərək dünyanın ən çox istiqamətinə uçan hava yolu şirkəti ünvanını qoruduğunu elan etdi.

"Haber Türk": "11 ayda İstanbula 7 milyon 980 min 311 xarici turist gəldi"

İstanbul ilin 11 aylıq dövründə 7 milyon 980 min 311, noyabr ayında isə 997 min 620 xarici turisti qəbul edib. İstanbula gələn əcnəbilər arasında ilk yeri 92 min 427 turistlə ruslar tutub.



Әlaqәli Xәbәrlәr