Türkiyə mətbuatı,14 dekabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olmuş xəbərlər

1747032
Türkiyə mətbuatı,14 dekabr 2021

“Haber Türk”: Çavuşoğlu: “Ermənistanla normallaşma çərçivəsində qarşılıqlı xüsusi nümayəndələr təyin olunacaq”

Xarici işlər naziri Mövlud Çavuşoğlu Ermənistanla normallaşma addımları çərçivəsində, paytaxt İrəvanla çarter reyslərinin başladılacağını, lazımlı addımların atılması üçün qarşılıqlı Xüsusi nümayəndələr təyin edəcəklərini,  atılası  hər addımda Azərbaycanla birlikdə hərəkət edəcəklərini bildirib.

“Hürriyət”: 2023-cü ildə Qara dəniz təbii qazının evlərdə istifadəsinə başlanılacaq

Enerji və Təbii Sərvətlər naziri Fatih Dönməz Qara dənizdə kəşf edilən qazın hasilatına nə vaxt başlayacağını açıqlayıb. Dönmez: “İlk hasilata 2023-cü ildə başlanacaq.

“Vatan”: Avropadan və Rusiyadan Türkiyəyə turist axını

Antalyada 5 ulduzlu  oteller Milat tətilini keçirmək üçün Avropa ölkələrindən və Rusiyadan axışan turistlər ilə dolmağa başlayıb. Şaxta baba, qar adamı, maral və yeni il ağacı kimi miladın simvolu olan rəngarəng fiqurları ilə bəzədilmiş və işıqlandırılan otellərdə  doluluq nisbəti 100% yaxınlaşır.

“Sabah”: Türkiyədə istehsala əsaslanan inkişaf və iqtisadi artım prosesi sürətlənib

İqtisadiyyat ilə əlaqəli, İstehsal, ixrac, cari əməliyyatlar hesabı profisiti və məşğulluğa əsaslanan inkişaf prosesini başladan Türkiyə planlaşdırdığı hədəf istiqamətində addım-addım irəlləyir. Türkiyənin sənaye istehsalında 17 ay fasiləsiz artım qeydə alınıb. 2021-ci ilin oktyabr ayında sənaye, tikinti, ticarət və xidmət sektorlarında dövriyyə indeksi illik hesabata görə 47,5% artıb.

Keçən ilin ilk 10 ayında 4 milyard 480 milyon dollar olan xarici investorların Türkiyəyə birbaşa investisiyaları cari ilin  müvafiq dövrünə  müqayisədə 6 milyard 359 milyon dollara yüksəlib.

“Star”: Türklər digərlərindən fərqlənən batareya hazırlayıblar

İzmir Texnologiya İnstitutu alimləri Elektrikli nəqliyyat vasitələrinin batareyalarının sürətli doldurma əsnasında qızması və ömrünü qısaldan problemini aradan qaldıracaq layihəyə imza atıblar. Onlar istiliyi tarazlaşdıran və təhlükəsiz şəkildə sürətli doldurula bilən akkumulyator sisteminin prototipini istehsal ediblər. Bu Batareya sistemiylə istənilən şəraitdə sürətli və problemsiz enerji doldurmaq mümkün olacaq.



Әlaqәli Xәbәrlәr