Türkiyə mətbuatı, 9 dekabr 2021

“Haber Türk”, “Star”, “Hürriyet”, “Yeni Şafak” və “Vatan” nələrdən yazır?

1745193
Türkiyə mətbuatı, 9 dekabr 2021

 

“Haber Türk”: Ərdoğan “Yüzlərlə nəhəng sərmayəni yaxından izləyirik” dedi

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan yeni tip koronavirus (Covid-19) epidemiyası ilə birlikdə yenidən qurulan qlobal iqtisadi sistemdə ulduzu parlayan ölkələrin ən başında Türkiyənin gəldiyini söylədi: “Ölkəmizin dörd bir tərəfində istər öz vətəndaşlarımız, istərsə beynəlxalq sərmayəçilər tərəfindən icra edilən yüzlərlə nəhəng investisiyanı yaxından izləyirik”.

“Star”: Rusiya-Ukrayna böhranında Türkiyənin dəstəyinə yaşıl işıq

  Ukrayna Prezident Aparatının Mətbuat katibi Sergey Nikiforov Rusiya ilə yaşadıqları Donbas böhranında Türkiyənin görüşlərə qatılmasına müsbət baxdıqlarını söylədi: “Türkiyə prezidenti R.T.Ərdoğan Rusiya-Ukrayna gərginliyi iki tərəfin razılığı ilə asanlaşdırma, vasitəçilik və arzu edilən hər hansı bir formada dəstək təqdim edə bilərik”.

“Hürriyet”: Türkiyə kosmos yarışına milli kosmik proqramı ilə hazırlaşır

  Türkiyə Sənaye və texnologiya naziri Mustafa Varank ölkəni kosmos yarışına Milli Kosmos Proqramı ilə hazırlandıqlarını deyib: “Türkiyə mühəndis və texniklərinin hazırladığı kosmik vasitə ilə Aya sərt eniş etmə hədəfinə qarşı işlərimizi sürətləndirdik. Kosmosda odlayacağımız hibrid raket mühərrikinin testlərini davam etdiririk. Türkiyənin hədəfi 2023-cü ilin sonunda öz milli və xüsusi hibrit raketiylə Aya çataraq sərt eniş etməkdir.

“Yeni Şafak”: Gömrük qapılarında yük maşını son 4 ayda 17 faiz artdı

  Türkiyənin ixracat rekordu gömrük qapılarında görünür. Gündə orta hesabla 5380 TIR-ın çıxdığı 6 gömrük qapısında tıxac yaşanır. Yük maşını tıxacında 4 ayda 17 faiz artım olub.

  Türkiyəni istehsal əsası olaraq görən Avropanın sifarişlərini artırması yük maşını hərəkətliliyini yüksəldir.

“Vatan”: Dünyanın ən qiymətli daşı yalnız Türkiyədə çıxarılır

  Dünyanın ən qiymətli daşlarından biri yalnız Türkiyədə var. Muğlanın Milas qəsəbəsində çıxan daşın almazdan 10 min qat daha nadir olduğu bildirilir. Ölkə içi və xaricindən tələbat gələn daşı ən çox sifariş edən “Hollywood”  məşhurlarıdır. Ləl-cəvahirat keyfiyyətində olan “Diaspor” qaşının rəng dəyişdirmə xüsusiyyəti isə ən diqqət çəkici tərəfidir. Belə ki, “Diaspor” daşı gün işığında yaşıl, şam işığında çəhrayı rəngə çalır.

 



Әlaqәli Xәbәrlәr