Türkiyə mətbuatı, 3 dekabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi.

1742325
Türkiyə mətbuatı, 3 dekabr 2021

"Hürriyet": Prezident Ali Məşvərət Şurasının toplantısında Paris İqlim Sazişi müzakirə olundu

Dekabrın 2-də Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident Ali Məşvərət Şurasının iclası keçirilib. Paytaxt Ankaradakı Prezident Kompleksində keçirilən görüşdə Türkiyənin Paris İqlim Sazişinin Parlamentdə ratifikasiyası ilə prosesə qoşulmasından sonra baş verəcək inkişaflar müzakirə edildi.

"Sabah": Milli Dəniz Topu Atış mərasimində Ərdoğandan mühüm mesajlar

Prezident Rəcəb Tayyib Ərdoğan Maşınqayırma və Kimya Sənayesi çərçivəsində dövlət-özəl sektorun əməkdaşlığı ilə istehsal edilən “milli dəniz topunun” sınaq atış mərasiminə mesaj göndərərək, Türkiyənin inkişaf etdirdiyi milli dəniz topu ilə hazırda bu silah sistemini istehsal edən azsaylı ölkələrdən biri olduğunu bildirdi.

"Vatan": Xarici işlər naziri Çavuşoğlu: "Krımın qanunsuz ilhaqını tanımayacağıq"

Xarici işlər naziri Mövlud Çavuşoğlu İsveçin paytaxtı Stokholmda keçirilən Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 28-ci iclasında Krımın qeyri-qanuni ilhaqının tanınmayacağını vurğuladı və dedi: "Cənubi Qafqazda davamlı sülh üçün fürsət açılıb”.

"Haber Türk": Noyabr ayında ixrac rekord həddə çatdı

Ticarət naziri Mehmet Muş dekabrın 2-də verdiyi bəyanatda "Noyabr ayında ixracımız keçən ilin noyabr ilə müqayisədə  33,4 faiz artaraq 21,5 milyard dollar oldu. Bu dəyər bizim ən yüksək aylıq ixracımızdır" dedi.

"Star": 25 ildən sonra bir ilk

Türkiyə ilə Liviya arasında gəmi vasitəsilə səfərlər 25 ildən sonra bərpa edildi.

Liviyanın Misrata şəhəri ilə Türkiyənin İzmir şəhəri arasında iki ayrı gəmi ilə həyata keçiriləcək sınaq səfərlərində yük və sərnişinlərlə yanaşı, nəqliyyat vasitəsi də daşınacaq. Həftədə bir dəfə nəzərdə tutulan Türkiyə-Liviya səfərləri iki gün davam edəcək.



Әlaqәli Xәbәrlәr