Türkiyə mətbuatı, 15 oktyabr 2021

Türkiyə mətbuatında dünya və ölkə gündəminə dair dərc olunmuş xəbərlər.

1720068
Türkiyə mətbuatı, 15 oktyabr 2021

“Vatan” Taliban nümayəndə heyəti Türkiyədə

Xarici İşlər Naziri Mevlüt Çavuşoğlu, Türkiyədə səfərdə olan Talibanın Əfqanıstanda qurduğu müvəqqəti hökumətdə Xarici İşlər Naziri müavini vəzifəsini icra edən Əmirxan Muttaki və başçılıq etdiyi nümayəndə heyəti ilə keçirdiyi görüşdən sonra açıqlama verib. Nazir Çavuşoğlu: “Əfqanıstan nümayəndə heyətini qəbul zamanı Türkiyənin Əfqanıstana verdiyi dəstək müzakirə edildi. Taliban heyət, Türkiyənin Əfqanıstana humanitar yardımları başda olmaqla, investisiyaların, iqtisadiyyatın inkifşafına dair yardımlarının davam etməsini tələb etdi”.

“Yeni Şafak”: Hulusi Akar: “Lazım olan hər şey vaxtı gəlib çatdıqda ediləcək” Milli Müdafiə Naziri Hulusi Akar, terror təşkilatı PKK/YPG-nin Suriyanın şimalından Türkiyəni hədəfə götürən hücumları ilə əlaqəli  açıqlamasında: “Hüquqlarımızı və maraqlarımızı qorumaq və müdafiə etmək üçün bu günə dək olduğu kimi bundan sonra da nə etmək lazımdırsa, zamanı gəlib çatdıqda ediləcək. Heç bir Şübhəyə zərurət yoxdur.

“Sabah”: Müdafiə sənayesi Tamamilə müstəqil olmalı

Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi altında təşkil edilən Müdafiə Sənayesi İcraiyyə Komitəsi yığıncağında yerli və milli sistemlərə yenilərinin əlavə edilməsi ilə əlaqəli məsələlər müzakirə edilib. Müdafiə sənayesində tam müstəqillik mövzusu vuğulanıb.

“Star”: Daha iki ölkə türkiyədən pilotsuz uçuş aparatlar (İHA) satın almaq istəyir

Efiopiya və Mərakeş, Baykar Defence tərəfindən istehsal edilən silahlı pilotsuz uçuş aparatlar (PUA) almaq üçün müraciət edib.

“Hürriyet”: Dünyanın ən uzun qadını

Türkiyənin Karabük şəhərinin Safranbolu qəsəbəsində yaşayan Rümeysa Gəlgi 2 metr 15 santimetr boyu ilə "dünyanın ən uzun qadını" olaraq Ginnesin Rekordlar Kitabına daxil edildi



Әlaqәli Xәbәrlәr