Türkiyə mətbuatı, 12 oktyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbələrin xülasəsi.

1718274
Türkiyə mətbuatı, 12 oktyabr 2021

"Yeni Şafak:" Ərdoğan: "Suriyadan ölkəmizə qarşı edilən terror hücumlarına qarşı artıq səbrimiz yoxdur"

Prezident Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin toplantısından sonra verdiyi açıqlamada, Suriyadan Türkiyəyə qarşı edilən terror hücumlarına artıq heç bir tolerantlığın olmadığını ifadə edərək, "Polislərimizə edilən son hücum və torpaqlarımızı hədəf alan təcavüzlər artıq səbr kasamızı daşırdı. Bu problemi ən qısa zamanda həll etmək üçün lazım olan addımları atacağıq" deyib.

"Hürriyet": Soylu: "Girilməyən nə qədər bölgə varsa girdik"

Daxili işlər naziri Süleyman Soylu ölkədə terrorla mübarizə ilə əlaqədar olaraq, "Girilməyən nə qədər bölgə varsa qaranlıq dağlar da daxil olmaqla hər birinə girib, əməliyyat həyata keçirdik" ifadələrindən istifadə edib.

"Star": Yerli olaraq istehsal edildi, 5 milyon dollar Türkiyədə qaldı

"HAVELSAN" Texnoloji Radar Sənaye və Ticarət A.Ş. (HTR) tərəfindən istehsal edilən yerli rentgen cihazı sayəsində 5 milyon dollar Türkiyədə qaldı.

"Habertürk": Avtomobildə həm ixracat, həm də istehsal artdı

Avtomobil Sənayesi Dərnəyinin məlumatına görə, bu ilin ilk 9 ayında avtomobil istehsalı bir əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 8 faiz artaraq 921 min 619, ixrac isə 9 faiz artaraq 671 min 674 oldu.

"Sabah": THY Avropanın ən çox uçuş edən ikinci hava yolu şirkəti oldu

“Türk Hava Yolları” (THY) son həftənin göstəricilərinə görə, Avropanın ən çox uçuş edən ikinci hava yolu şirkəti seçilib.



Әlaqәli Xәbәrlәr