Türkiyə mətbuatı, 15 sentyabr 2021

Türkiyə mətbuatında gündəmə dair dərc olunmuş xəbərlərin xülasəsi

1706317
Türkiyə mətbuatı, 15 sentyabr 2021

“Hürriyet”: Ərdoğan: “Türkiyə iqtisadi artımda pandemiyadan əvvəlki dövrü keçdi”

Prezident Rəcəb Tayyib Ərdoğan, Türkiyənin sənaye istehsalı, ixracatı və məşğulluq nistəbətindəki rekord artımlarla, iqtisadi artımın yeni tip koronavirus (Covid-19) epidemiyasından əvvəlki dövrdən daha yüksək olduğunu bildirib. Göstəricilərə görə iqtisadi artımın davam edəcəyini vurğulayıb.

“Vətən”: Ərdoğanın ABŞ-na edəcəyi səfərə dair proqramı açıqlandı

Prezident Ərdoğan 19-22 sentyabr tarixlərində ABŞ-da səfərdə olacaq. Prezident Birləşmiş Millətlər Təşkilatının Nyu-York da keçiriləcək zirvə toplantısında iştirakçılara müraciət edəcək. Köç, iqlim dəyişikliyi və epidemiyalarla bağlı əhəmiyyətli mesajlar verəcək. Ərdoğan ABŞ prezidenti Co Bayden və İsrailin baş naziri Naftali Bennettlə görüşəcək. Qələmə verdiyi “Daha ədalətli bir dünya mümkündür” kitabını yığıncağa qatılacaq liderlərə təqdim edəcək. İnşası tamamlanan Türk Evinin açılış mərasiminə qatılacaq.

“Yeni Şafak”: Evə qayıtmağın yolları axtarılır

Suriyalı qaçqınlardan sonra Əfqanıstandan köç dalğasının başlaması ilə artan immiqrasiya təzyiqləri beynəlxalq ictimaiyyətin miqrasiya probleminə həssaslığını artırdı. Bu çərçivədə, qaçqınların evlərinə təhlükəsiz qayıtması üçün diplomatiya sürətləndi. Son iki həftə ərzində Birləşmiş Millətlər Təşkilatından (BMT) və Avropadan üç qonağı qəbul edən Türkiyə, problemin beynəlxalq ictimaiyyətlə birgə həllini gözləyir. Bu çərçivədə Suriyanın şimalında təhlükəsiz dəhlizin genişləndirilməsi üçün inşa edilən mənzil sayının artırılması və düşərgə şəraitinin yaxşılaşdırılmasını istəyir.

“Star”: "Türkiyə-Qətər arasında imzalanan razılaşma ilə Qətər ordusu yeni bir dövrə qədəm qoyur

 Yunus Əmrə İnstitutu ilə Qətər Silahlı Qüvvələri Dil Məktəbi arasında türk dili təhsili sahəsində əməkdaşlıq müqaviləsi imzalandı. İnstitut Müdiri Səlçuk Kürşat Koca mövzu ilə əlaqədar açıqlamasında: “Doha Yunus Əmrə İnstitutu, iki dost və qardaş ölkə olan Türkiyə və Qətər arasında təhsil və mədəniyyət sahəsində ikitərəfli əlaqələri daha da inkişaf etdirmək üçün fəlayyətlərini davam etdirir”.

“Sabah”: TEKNOFEST Festivalına iştirakçı sayında rekord artım

Türkiyəni texnologiya istehsal edən bir cəmiyyətə çevirməyi hədəfləyən və “Milli Texnologiya Hərəkatı” şüarı ilə yola çıxan TEKNOFEST Aviasiya, Kosmos və Texnologiya Festivalının dördüncüsü sentyabrın 21-26-da İstanbul Atatürk Hava Limanında keçiriləcək. Ötən il 16 min 34 komandanın müraciət etdiyi TEKNOFEST -də bu il 39 min 684 komanda müraciət edərək rekord vurulub.



Әlaqәli Xәbәrlәr